Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tramp Çarli Kirkin dəfn mərasimində iştirak edəcək

ABŞ prezidenti Donald Tramp sentyabrın 12-də siyasi fəal Çarli Kirkin dəfn mərasimində iştirak edəcəyini bildirib.

AZpress.AZ xəbərf verir ki, Amerika lideri bunu Fox News-a müsahibəsində deyib.

"Mən Çarli Kirk adlı böyük insanın dəfn mərasimində iştirak edəcəyəm, bu adam hazırda dəfn mərasimi keçirməməlidir. O, xalqın qarşısında orada olmalıdır", - Tramp vurğulayıb.

Ağ Evin rəhbəri qeyd edib ki, Kirk Amerika siyasətinə böyük təsir göstərən insan olub. Onun sözlərinə görə, Kirk gənc seçicilərin cəlb olunmasında əsas rol oynayıb ki, bu da onun seçkilərdə qələbə qazanmasında mühüm amil olub.

Sentyabrın 10-da Çarli Kirk Yuta Universitetində keçirilən tədbir zamanı boyun nahiyəsindən güllə yarası alaraq öldü. Daha sonra, sentyabrın 12-də Tramp Kirkin qətlində şübhəli bilinən şəxsin həbsdə “çox böyük ehtimalla” olduğunu bildirib. Bundan əlavə, o, Kirkin qatilinin ölüm cəzasına məhkum edilməsini də istəyib.

Kirki güllələməkdə şübhəli bilinən şəxs Amerikanın Yuta ştatının 22 yaşlı sakinidir.

Best coffeeshop in Berlin