Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiyalı deputat Valuyev axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Dövlət Dumasının deputatı və idmançı Nikolay Valuyev barəsində axtarış elan edib.

AZpress.AZ bu barədə TASS-a istinadla xəbər verir.

Ağır çəkidə keçmiş dünya çempionuna qarşı ağır nəticələrə gətirib çıxaran "Ukraynanın ərazi bütövlüyünə qəsd" maddəsi ilə qiyabi ittiham irəli sürülüb.

Valuyev həmçinin Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Best coffeeshop in Berlin