Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan pəhləvanları dünya çempionatına 3 medalla başlayıblar 

Güləşçilərimiz Georgi Meşvildişvili dünya ikincisi olub 

Sentyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında idman güləşi üzrə dünya çempionatına sərbəst güləşçilərin çıxışı ilə start verilib. Çempionatın ilk günü döşək üzərinə çıxan 4 təmsilçimizdən üçü daha inamla guləşərək mükafatçılar sırasında yer alıb. Medallardan biri gümüş, ikisi isə bürünc əyarlı olub. AGF- sən verilən məlumata görə, gümüş medal yalnız həlledici final görüşündə büdrəyən Qeorqi Meşvildişvilinin (125 kq) aktivinə yazılıb. O, son final görüşündə İranın titullu pəhləvanı Amir Zareyə uduzub. Karyerasında ilk dəfə finala yüksələn Meşvildişvili dünyada ikinci olub. Bürünc medallar isə Nurəddin Novruzov (61 kq) və Arseniy Djioyevin (86 kq) payına düşüb. Bununla da Azərbaycanin sərbəst güləş üzrə yığma komandası mundialın ikinci günü aktivinə üç medal (0-1-2) yazdırıb. İkinci gün daha 4 sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da ikisi - Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (92 kq)  bürünc medal qazanmaq şansı əldə edib. Sentyabrın 15-də Hacıyev təsəlliverici görüşlərə qatılacaq,  Nurmaqomedov isə birbaşa bürünc medal uğrunda görüşə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin