“İnklüzivliyin Sirri 4” Forumu keçirildi- ÖZƏL (FOTO=5)
20 sentyabr 2025-ci il tarixində “Inclusive Organization Company”, “Bayraqdar” İctimai Birliyi, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, “İDDO” Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Samra Center” Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə “İnklüzivliyin Sirri 4” Forumu baş tutdu. Tədbir Yeni Klinikanın ev sahibliyində təşkil olundu.
Forum “Konstitusiya və Suverenlik ili” çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunmuşdu. Əsas məqsəd – nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq idi.
Forum 3 panel üzrə təşkil olundu:
1. İnklüzivliyin Sirri
2. İnklüziv Təhsil
3. Nitq Məhdudiyyətli Şəxslər
Açılış nitqləri ilə Yeni Klinikanın direktoru, “Azərbaycan Daxili Xəstəliklər Dərnəyi”nin təsisçisi və sədri Barat Yusubov, eləcə də millət vəkili, onlarla elmi və publisistik məqalənin müəllifi Məzahir Əfəndiyev çıxış etdilər.
1-ci panel – “İnklüzivliyin Sirri”
Paneldə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri, “İDDO Psixi Sağlamlıq” Proqramının rəhbəri Jalə Əhmədova, millət vəkili Vüqar İskəndərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və Hazel şirkətinin rəhbəri, biznes konsultant Sakit Səmədov çıxış edərək mövzu ətrafında müzakirələr apardılar və auditoriyanın suallarını cavablandırdılar.
Forum çərçivəsində iştirakçıların sualları cavablandırıldı, “coffee break” fasiləsi təşkil olundu. Tədbirin foye hissəsində isə Milk Choco-art (rəhbər: Röyalə Quliyeva) tərəfindən catering xidməti göstərildi. Həmçinin Rəhimə Mənsimzadə təşəkkürnamə ilə təltif edildi.
Mükafatlandırma:
Sonda isə panel spikerlərinə iştirakları üçün təşəkkürnamələr təqdim edilmiş həmçinin xatirə fostosu çəkilmişdir.
Foto: Rüstəm İsmayılov
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76- Rüstəm İsmayılov)


