"Formula 1" üzrə Azərbaycan Qran Prisi başa çatdı- FOTOREPORTAJ
Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran Prisi 21 sentyabrda başa çatdı.
Maks Ferstappen möhtəşəm çıxış edərək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qalibi oldu. Bu, niderlandlı pilotun Bakıdakı ikinci qələbəsi kimi tarixə düşdü.
"Red Bull Racing" komandasının pilotu poul mövqeyindən start götürdükdən sonra 51 dövrənin hamısına liderlik edərək finiş xəttini "Mercedes"in sürücüsü Corc Rasselldən 14 saniyədən çox fərqlə birinci keçdi. "Williams" komandasının pilotu Karlos Sayns isə üçüncü yeri tutaraq yeni komandası ilə ilk podiumunu qazandı.
Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti uzadılıb. Yeni anlaşmaya əsasən, ölkəmizdəki yarış 2030-cu ilədək davam edəcək.
Xatırladaq ki, Bakıda "Formula 1" yarışları 2016-cı ildən təşkil edilir.
Fotoreportaj: Xeyransa İsmayılova
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99470 837 92 04- Xeyransa İsmayılova)


