Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev:

 Baxış haqqında

(esse)

Azərbaycan dilində anlaya bilmədiyim bir ifadə var: “ Lal baxışlar”.

Baxış heç zaman lal ola bilmir. Lallıq səsə aiddir. Lallıq səs çıxmayan məkanıdır. Ağız lal ola bilir, su lal axa bilir…

Baxış mütləq nəsə çatdırır, həmişə. Çox vaxt, səsli ağızdan da yaxşı çatdırır. Ağız sözləri bir - bir çatdıra bilirsə, baxış yüz sözü birdən çatdıra bilir. Baxış ağıllı insanların ali ünsiyyət formasıdır. Böyük ehtimalla da baxış ruha bağlı bir nəsnədir. Başa salmaqda da baxışdan güclüsü yoxdur, yaxşını da, pisi də. Təbii ki, görüb başa düşəni varsa. Fikrimi sizlərə çatdırmaq üçün də sözlərimi bir- bir yazıram, siz də elə bir- bir də oxuyursunuz. Heyif məni görmürsünüz, görsəydiniz, bir baxışa bunları sizə asan çatdırardım…

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin