Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri start götürüb- ÖZƏL (FOTO=24)
Bu gün Bakıda ISU Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri start götürüb.
AZpress.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən qran-pri 3 gün davam edəcək.
Bu gün saat 14:30-17:30 kişilərin, saat 17:45-22:00 arasında isə qadınların qısa proqramı baş tutub.
“ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışında 38 ölkədən 92 idmançı iştirak edəcək.
Sentyabrın 25-də kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər. Sentyabrın 26-da isə qadınlar sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxışlarını təqdim edəcəklər.
Foto: Xeyransa İsmayılova
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99470 837 92 04- Xeyransa İsmayılova)


