Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

III MDB Oyunlarının idman məkanlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi +FOTO=7

27 sentyabr – Azərbaycanda Anım Günü əlaqədar III MDB Oyunlarının bütün idman məkanlarında saat 12:00-da bir dəqiqəlik sükut elan olunub.

AZpress.AZ xəbər verir ki, Qəbələ Şəhər Stadionunda keçirilən futbol turnirinin Azərbaycan (U-16) və Tacikistan (U-16) yığmaları arasındakı oyunu da bir dəqiqəlik sükutla başlayıb. Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

III MDB Oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Best coffeeshop in Berlin