İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi prosesi başlayıb
Azad edilmiş fələstinli məhbusları daşıyan avtobuslar İsrail həbsxanalarını tərk etməyə başlayıb.
AZpress.AZ xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bu gün HƏMAS-ın hərbi qanadı Qəzza zolağında saxlanılan 20 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.


