Məktəbdə fövqəladə vəziyyət: 15 nəfər bibər qazı nəticəsində xəsarət alıb
Rusiyanın Yekaterinburq şəhərində məktəb binasına bibər qazı atılması nəticəsində 15 nəfər xəsarət alıb.
AZpress.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xəsarət alanlar arasında 14 uşağın olduğu, onlardan 9-nun xəstəxanaya aparıldığı bildirilir.
Daha beş məktəbli və bir böyükə hadisə yerində tibbi yardım göstərilib.


