"Neftçi" və "Murov Az Terminal" yeni mövsümə qələbəylə başlayıb
Bu gün kişi voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-cı illər mövsümünə start verilib. 6 klubun mübarizə apardığı çempionatın start günü birinci turun iki oyunu keçirilib. AVF-dən verilən məlumata görə, hər iki oyun FHN-in idman zalında baş tutub. Münasibətləri ayırd etmək üçün əvvəlcə "Neftçi" ilə ORDU klubu meydana çıxıb. Oyun birincinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:17, 25:19, 25:22).
Sonra meydan "Murov Az Terminal"la "AZERRAİL"in ixtiyarına verilib. Gərgin mübarizə şəraitində keçən və tay-brekə qədər uzanan bu qarşılaşma "Murov Az Terminal"in qələbəsi ilə bitib - 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10).
Turda keçirilməsi nəzərdə tutulan "Gənclər" - "Xilasedici" matçı isə təxirə salınıb.
İNTİQAM Məmmədov


