Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ERMƏNİ VANDALİZMİNİN CANLI ŞAHİDİ -
XUDAFƏRİN KÖRPÜSÜ

Azərbaycanın dilbər guşəsi Qarabağın əsrarəngiz təbiətini, saf suyunu, billur çeşmələrini, zəngin maddi-mədəniyyət abidələrini özündə cəmləşdirən rayonlardan biri də Cəbrayıl rayonudur. Cəbrayıl qədim oğuz yurdudur, dünyada ilkin yaşayış məskənlərindəndir.  Buralar alban türkllərinin - oderlərin, ərsakların kök atdığı, yurd saldığı torpaplardır.

Cəbrayıl rayonu Azəbaycanın tam mərkəzində, Bakıdan İrəvana, Gəncədən Təbrizə gedən karvan yollarının kəsişdiyi yerdə yerləşir. Bu torpaplar ən qədim insanların ilk yaşayış yerlərindən biridir. Öz keçmişi, iqtisadi-siyasi əhəmiyyəti ilə ulu tariximizin yaddaşında silinməz izlər buraxan, xalqımızın tarixi abidələrindən biri sayılan, mənəvi sərvət  kimi qiymətləndirilən, Azərbaycan xalqının varlığının, bütövlüyünün simvolu olan Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.

Xudafərin körpüsü dünya memarlıq sənətinin ən nadir incilərindəndir. Araz çayı üzərində əzəmətlə dayanan bu körpü  Hindistandan tutmuş, yaxın və orta şərq arasında, bütün Qafqaz və  Dərbənd vasitəsiylə Rusiya və Qərbi Avropa ölkələrində ticarət əlaqələrinin inkişafında müstəsna rol oynamışdır. Xudafərin körpüsünün tikilməsi barədə  mənbələrdə  müxtəlif mülahizələr mövcuddur. "Azərbaycan tarixi” kitabının II cildində belə əks olunur: "Körpülər ölkədaxili əlaqələri çətinşləşdirən  maneələri azaltmaqla yanaşı beynəlxalq ana ticarət yollarında da rahat gediş-gəlişi təmin etmək  məqsədiylə salınmışdır. Körpülər strukturuna, həm də ölçülərinə görə böyük rəngarəngliyi ilə fərqlənirlər. Araz çayı üzərində salınan körpülərdən  ən məşhuru 11 və15 aşırımlı  Xudfərin körpüləridir”.

Tarixi mənbələrin məlumatına görə Xudafərin körpüsü Əhəməni imperiyası zamanı ağacdan tikilib və Eldənizlər dövləti zamanında kərpiclə üzlənib. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpünün adını "Xuda - Afərin” kim yazır ki, bu da farscadan Allah tərəfindən yaradılmış, Allaha mərhaba mənasını verir. Qəzvini yazır ki, Xudafərin körрüsü Məhəmməd peyğəmbərin  yaxın adamı Bəkir  İbin Abdulla tərəfindən miladi  tarixlə 736-cı ildə inşa edilib. Xudafərin körpüsü Cənubi Azərbaycanla, Şimali Azərbaycanın orta əsr şəhərlərini  birləşdirən karvan yolunun üstundə tikilib. 

Araşdırmaçıların çoxunun fikrincə hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara Xudafərin adı verilib. Qəbul edilən tarixə görə Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl İbin Məhəmməd tərəfindən inşa olunub. Aga  Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı körpünün bir hissəsi uçurulsa da,  sonradan bərpa edilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən biri Baş Xudafərin körpüsü adlanır.  Xudafərin kəndində salınan bu körpu 15 aşırımlıdır. Bu 15 aşırimlı körpü 12-ci əsr abidəsi sayılır. Körpünün taglarının dayaqları qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpicdən və çaydaşından tikilən 15 aşırımlı körpünün tagları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 m, eni 4.5 m, hündürlüyü 12 m-dir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılmışdır ki, bu da Aran memarliq  məktəbi üçün xarakterikdir. 

15 aşırımlı körpüdən 750 metr qərbdə 11 aşırımlı körpü salınıb. Bu körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Tədqiqatçılar, bu кörрünün XIII yüzillikdə Elxanilərin hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikilməsi fikrindədilər. Onun uzunluğu 130 m, eni 6 m, hundürlüyü 12 m.-dir. Körpünün üç orta  taği sağ qalıb. XX əsrin 30-cu illərində Şimali və  Cənubi Azərbaycan arasında olan bütün əlaqələri kəsmək məqsədilə SSRİ və İranın birgə qərarı ilə körpünün bir hissəsi dağıdılmışdır. Bu səbəbdən  yerli əhali körpüyə ikinci sınıq körpü adını vermişdir. 

Tarixdən bizə məlumdur ki, Azərbaycanın ərazisi yerləşmə mövqeyinə, təbiətinə, yeraltı və yerüstü təbii sərvətlərinə görə  hər zaman düşmənin hədəf mərkəzi olub. Bu düşmən elə öz qonşularımız erməni separatçılarındandır. Tarix boyu Azərbaycan xalqı dəfələrlə erməni hiyləsinin, erməni təcavüzunun, erməni satqınlığının, erməni qəddarlığının, xüsusilə türk millətinə yönəlmiş nifrətinin şahidi olmuş və həmişə də bu nifrətin acısını dadmışdır. Erməni naqisliyini, nankorluğunu, namərdliyini, əxlaqsızlığını tarix artıq sübut etmişdir. 

1993-cü ildə Cəbrayıl rayonu erməni işğalına məruz qalmış, işğalda qaldığı 27 il müddətdə rayonun  mədəni irsi dağıdılmış, bəzi abidələrimiz isə öz adlarından saxta formada tarixləri kimi dünyaya təqdim ediliblər. Bu müddət ərzində körpüyə də ciddi zərər dəymişdir. Lakin 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Cəbrayıl rayonunu işğaldan azad etdilər. Xudafərin körpüsü isə 18 oktyabr 2020-ci il tarixində öz azadlığına qovuşdu. İkinci Qarabağ müharibəsində torpaqlarımızın yağı düşmənin əsarətindən azad olunmasıyla bərabər tarixi abidələrimiz də öz azadlığına qovuşdu.

Sədiqə Elburus qızı  HƏMZƏZADƏ,
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət
 və Təbiət Qoruğunun bələdçisi 

Best coffeeshop in Berlin