Gənc cüdoçumuz İslam Moldovada Avropa çempionu olub
Oktyabrın 31-də Moldovanın paytaxtı Kişinyovda 23 yaşlı (U-23) cüdoçular arasında Avropa çempionatına start verilib. Çempionata 6 çəkidə 9 cüdoçu ilə qatılan Azərbaycan yığmasının 3 üzvü start günü tatamiyə çıxaraq mübarizəyə başlayıb. Triomuzdan 66 kq-da çıxış edən İslam Rəhimov daha inamla çıxış edərək Avropa çempionu adını qazanıb. Xatırladaq ki, 4 il öncə də eyni uqura imza atan cüdoçumuz finalda hollandiyalı Yoxen Van Hortenə qalib gəlib. Finala aparan yolda isə o, müvafiq ardıcıllıqla Slovakiya, Xorvatiya, Ermənistan və Ukrayna təmsilçisini məqlub edib.
Təəssüflər olsun ki, onunla eyni gündə tatamiyə çıxan cudocularimiz - Murad Muradlı və Hüseyn Allahyarov ( hər ikisi 60 kq) çempionatla əliboş vidalaşıb
İNTİQAM Məmmədov


