Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Ordu" və "Neftçi" turu qələbəylə bitirib

Noyabrın 6-da kişi voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-ci illər mövsümünün üçüncü turu çərçivəsində iki oyun keçirilib. Maraqlıdır ki, hər iki oyunda nominal qonaqlar qalib gəlib. "ORDU" klubu "Murov Az Terminal" klubunu eyniadlı zalda üstələyib - 2:3 (25:22, 16:25, 20:25, 25:21, 12:15).

"Neftçi" klubu isə Xırdalandakı Abşeron OİK-də "Gənclər" klubunu setsiz qoyub - 0:3 (19:25, 12:25, 15:25).

Yeri gəlmişkən, kişilərin yarışında 1-ci turda təxirə salınan "Gənclər" - "Murov Az Terminal" matçı da baş tutub. Həmin oyunda isə "Murov" qalib gəlib - 0:3 (8:25, 15:25, 17:25).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin