Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi boks millimiz Polşaya yollanıb

Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Polşanın Krakov şəhərinə yollanıb. Bu səfərdə məqsəd noyabrın 15-də həmin şəhərdə təşkil ediləcək boks gecəsinə qatılmaqdır.

ABF-dən verilən məlumata görə, məşqçilər Etibar Abduyev və Ceyhun Əbiyevin başçılıq etdiyi komandanın heyətində Nicat Hüseynov, Kənan Babayev ( hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq ), Şəmil Şahbazov (75 kq), Sürət Qarayev (85 kq), Alfonso Domunqes (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) cəmləşib. Boksçularımız bu səfər çərçivəsində yerli boksçularla sparrinqlər də keçirəcəklər. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin