Gənc boksçuların Avropa çempionatı başlayıb
Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) gənc boksçular arasında Avropa çempionatına start verilib. Start günü Azərbaycan yığmasının iki üzvü rinqə çıxaraq 1/16 finaldan mübarizəyə başlayıb.
ABF-dən verilən məlumata görə, hər iki təmsilçimiz ilk döyüşünü qələbə ilə başa vurub .
65 kq çəkidə rinqə çıxan boksçumuz Əli Abdullayev ilk döyüşdə ev sahiblərindən biri olan Milan Petruman üzərində inamlı qələbə qazanıb - 5:0. 70 kq çəki dərəcəsində döyüşən Nicat Əlirzayev isə Latviyali Arturs Baisladani eyni hesabla məqlub edib. Adlarını 1/8 finala yazdıran cütlüyümüz noyabrın 24-də növbəti döyüşünü keçirəcək. Əli bu mərhələdə Türkiyə təmsilçisi Belge Kanla, Nicat isə fransalı Camel Cemmali ilə qarşılaşacaq.
Çempionata noyabrın 29-da yekun vurulacaq.


