Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha 2 boksçumuz AÇ-nin yarımfinalına yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən çempionatda 1/4 final mərhələsinin döyüşlərinə yekun vurulub.

ABF-dən verilən məlumata görə, daha iki boksçumuz inamla döyüşərək yarım finala yüksəlib. Söhbət 1/4 finalda İtaliya təmsilçisi Salvator Attrottini (5;0) üstələyən Sübhan Mamedov (50 kq) və yarımfinala çıxışda irlandiyalı Luis Runinidən güclü olan Səbuhi Əlizadədən (+90 kq) gedir. Hər iki boksçumuz onlardan bir gün qabaq yarımfinala yüksələn komanda yoldaşı Tağı Nəsibov (60 kq) kimi ən pis halda çempionatın bürünc medalını özünə təmin edib. Qeyd edək ki, yarımfinal döyüşləri noyabrın 28-də keçiriləcək. 

Həmin gün, Sübhan finala çıxışda irlandiyalı Luis Runiylə, Səbuhi isə Xorvatiya təmsilçisi Marko Perkoviçlə döyüşəcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin