İran 2026-cı il Dünya Kubokunun püşkatmasını boykot etdi
İran nümayəndə heyəti, İslam Respublikasından olan idmançılara təsir edən ABŞ viza məhdudiyyətləri səbəbindən 2026-cı il Dünya Kubokunun püşkatma mərasimindən imtina edib.
Bu barədə İran Futbol Federasiyasının sözçüsü Əmir Mehdi Ələvi məlumat verib.
O, dövlət televiziyasında bildirib ki, "Amerika tərəfinin idmançılığa yaraşmayan davranışı səbəbindən İran nümayəndə heyəti 5 dekabrda keçiriləcək püşkatmada iştirak etməmək qərarına gəlib".
2026-cı il Dünya Kubokunda ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Püşkatma 5 dekabr 2025-ci ildə Vaşinqtonda keçiriləcək.


