Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Abu-Dabi Dəbilqəsinin ilk günündə əliboş qalıblar 

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə kişi və qadın cüdoçular arasında reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Azərbaycan cüdoçuların da qatıldığı turnirin ilk günü yiqmamiz üçün uğursuz olub. Belə ki, start günü tatamiyə çıxan 4 təmsilçimizin hamısı fiaskoya uqrayaraq turnirlə əliboş vidalaşıb. Dördlüyumuzdən yalnız Əhməd Yusifov (60 kq) çıxışını medalın bir addımlığında başa vurub. O, bürünc medal uğrunda görüşdə Türkiyə idmançısı Salih Yıldızla qarşılaşmada məqlub olaraq, beşinci olub. Onunla eyni çəkidə güləsən Balabəy Aqayev və eləcə də 66 kq çəkidə çıxış edən Ruslan Paşayevlə Rəşad Yelkiyev heç nə ilə yadda qalmayıb.

Turnir davam edir. Xatırladaq ki, Azərbaycan bu turnirə yalnız kişi cüdoçularla qatılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin