Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Karateçimiz İrina Zaretska mundialı bürünc medalla başa vurub

Misirin paytaxtı Qahirədə karatenin WKF versiyası üzrə keçirilən və Azərbaycan yığmasının da 6 lisenziyalı idmançı ilə qatıldığı dünya çempionatı başa çatıb.

AKF-dən verilən məlumata görə, yığmamız mundialı bir bürünc medalla başa vurub. Yeganə medalın sahibi isə 3 qat dünya, 2 qat  Avropa çempionu, 3 qat İslamiada və 2 qat Avropa Oyunlarının qalibi adını daşıyan ukraynalı legionerimiz İrina Zaretska (68 kq, kumite) olub. 

Xatırladaq ki, İrinadan öncə isə eyni məkanda parakarateçimiz Vidadi Xələfov (F 30 kateqoriyasinda) eyni uğura imza atıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin