Minskdə keçirilən turnirdə Azərbaycan Belarusu məğlub etdi
Azərbaycanın qadın gənclərdən (U-16) ibarət milli basketbol komandası Belarusun ilk idman naziri və MOK-un prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbə ilə başlayıb.
Minskdə keçirilən yarışın ilk oyununda basketbolçularımız Belarus komandasını 65-61 hesabı ilə məğlub etdilər.
Sabah Azərbaycan qadınları Rusiya, ertəsi gün isə Qazaxıstanla qarşılaşacaqlar.


