Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

UEFA Gənclər Liqasının oyununa Azərbaycandan FIFA referisi təyin edilib

FIFA referisi Kamal Umudlu son təyinatını alıb.

O, UEFA Gənclər Liqasının altıncı turunun "Atalanta" (İtaliya) və "Çelsi" (İngiltərə) arasında keçiriləcək oyununda baş hakim olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Oyun 9 dekabrda Berqamodakı Bortolotti İdman Kompleksində keçiriləcək.

Best coffeeshop in Berlin