100 yaşa qədər yaşamanın SİRRİ
100 yaşı olan İrlandiya sakini Keti Staunton dünən ad gününü qocalar evində qeyd edib. Onun yubileyinə 130 nəfər gəlib.
Toplananlar arasında yüzilliyin övladları, nəvələri və nəticələri də olub. Staunton ailəsinin yüz il yaşayan ilk üzvüdür. 100 yaşlı irlandiyalı qadının bacıları gənc ikən vəfat edib.
İrlandiyalı qadının özü hər şeydə mülayimliyini uzunömürlülüyün sirri hesab edir. Bunu Stauntonun qızı da təsdiqləyib. O əlavə edib ki, anası həmişə səxavətli və müstəqil qadın olub.


