Türkiyə Hərbi Hava Qüvvələri Qara dəniz üzərində pilotsuz təyyarəni vurub
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri Qara dəniz üzərində Türkiyə hava məkanı yaxınlığında bir PUA-nı vurub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
"Qara dəniz üzərində hava məkanımıza yaxınlaşan əks-hücum aşkar edilib və adi prosedurlara uyğun olaraq izləmə işləri başlanıb. Hava məkanının təhlükəsizliyini təmin etmək üçün NATO və milli hakimiyyət orqanlarının nəzarəti altında olan F-16 təyyarələrimizə təcili reaksiya vermək tapşırılıb. Hava obyektinin nəzarətdən çıxmış PUA olduğu müəyyən edilib və hər hansı mənfi nəticələrin qarşısını almaq üçün təhlükəsiz ərazidə vurulub", - deyə açıqlamada bildirilir.


