Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Taekvondoçuların Azərbaycan çempionatı başlayıb

Bu gün FHN-nin Hövsan qəsəbəsində yerləşən Sağlamlıq İdman Kompleksində yeniyetmə və gənc taekvondoçular arasında seçmə xarakterli Azərbaycan birinciliyinə və böyüklərin (kişilər və qadınlar) isə ölkə çempionatına start verilib. Dekabrın 27-dək davam edəcək bu yarışın ilk iki günü yeniyetmələr və gənclər, son gündə isə böyüklər dayanq üzərinə çıxaraq medallar uğrunda yarışacaqlar.

Çempionatın rəsmi açılış mərasimi isə dekabrın 25-də saat 15:00-da olacaq. Rəsmi hissə ilə başlayan açılış mərasimi bədii hissə ilə başa çatacaq. 

Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan taekvondoçu müvafiq medal və diplomlarla təltif olunmaqla yanaşı, həm ölkə yığmasının heyətinə cəlb edilib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin