2025 boksçularımız üçün uğurlu il olub
Dünən Azərbaycan Boks Federasiyasında 2025-ci ilin yekunları ilə bağlı toplantı keçirilib. Federasiyadan verilən məlumata görə, başa çatmaqda olan cari il boksçularımız üçün uğurlu olub. Belə ki, müxtəlif yaş qruplarından olan boksçularımız ilboyu iştirak etdikləri 47 beynəlxalq yarışlardan 69-u qızıl, 60-i gümüş və 102-si bürünc əyarlı olmaqla, 231 medal qazanıblar.Bu medallardan 5-i dünya, 55-i Avropa çempionatılarinda, 21-i (9-8-4) Gimnaziyada İdman Oyunlarında, 24-u (6-5-13) üçüncü MDB Oyunlarında, 3-u (0-0-3) Dünya Kubokunda, 6-si (1-3-2) İslamiada-2025-də qazanılıb. Cari ildə qazanılan medallar ötən illə müqayisədə 48,4 faiz çoxdur. Xatırladaq ki, 2024-cu ildə boksçularımız iştirak etdikləri 35 beynəlxalq yarışlarda 135 (44-48-68) medal qazanmışdılar.
Medalların 59-u (22-21-16) məktəblilərin, 80-i (19-20-41) yeniyetmələrin, 29-u (11-5-13) gənclərin, 3-u (1-0-2) U-23-lərin, 60-i (16-14-30) isə böyüklərin aktivinə yazılıb.
Böyüklərin medallarına gəlincə, onlardan 45-i (13-10-22) kişilərin, 15-i (3-4-8) qadınların payına düşüb.
İNTİQAM Məmmədov


