Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Elçin Səlimov: 

"FƏRQLƏNMƏ" ATTESTATIN, HƏM DƏ TƏLƏBƏ ADIN MÜBARƏK, NƏSRİN!

O HƏLƏ MƏKTƏBDƏ oxuduğu illərdə qarşısına bir məqsəd qoymuş və həmişə bu barədə fikirləşirdi . Orta məktəbi "fərqlənmə "ilə bitirib , ali məktəbə yüksək bal ilə qəbul olsun .Onu da yaxşı bilirdi ki , bunlara nail olmaq üçün yorulmadan çalışmaq və həm də , zəhmətə qatlaşmaq lazımdır .Elə də etdi .Bütün məktəb illərində səbrlə , yorulmadan çalışdı , dərslərini və biliklərini mənimsəyərək bu yolda möhkəm addımlarla addımladı , bu gərgin həm də əzəmətli bir marafonu uğurla başa vurdu .

Buraxılış imtahanlarında yüksək nəticə göstərərək (273.1 bal) toplayıb irəliyə çıxdı . Bu onun ilk uğurlu nəticəsi idi . İllərlə çəkdiyi zəhmət hədər getməmişdi .Və göstərdiyi bu nəticə onu daha da inamlı etdi və qarşıdakı bu marafonu uğurla dəf edəcəyinə zəmin yaratdı .

Ali məktəblərə qəbul imtahanlarını da uğurla (345.2 bal) verib , daha da irəlilədi . Uğur ardınca uğur . Həm də sevindirici və qürurlu bir nəticə .İllərlə çəkilən zəhmətin bəhrəsi . Və ... Artıq universitet tələbəsi . Bu müddət ərzində keçilən yola və bu qısa xronikaya nəzər saldıqca sevinməyə bilmirsən .

Nəzərinizə çatdırım ki , bu ilki qəbul imtahanlarında Nəsrin Səlimova ən yüksək bal (618) toplayaraq Aşağı Surra kənd tam orta məktəbi üzrə ilk rekorda imza atmış və məktəb birincisi olmuşdur . O həmçinin Neftçala rayon məktəb və məktəbliləri arasında ən yüksək bal toplayan məzunları arasındakı siyahıda da yer tutmuşdur . Beləki rayon üzrə 12 şagird ən yüksək bal toplamışdır . Onlardan biri də Nəsrin Rauf qızı Səlimovadır . Bu münasibət ilə mən Nəsrinin valideyinlərinə göz aydınlığı verir və onları ürəkdən təbrik edirəm . Və deyirəm :

Halal olsun , Nəsrin ! ...

Son olaraq onu da qeyd edim ki , Nəsrin 618.4 bal ilə Azərbaycan Dillər Universitetinə "İngilis Dili " müəllimi ixtisasi üzrə qəbul olmuşdur. Uğur olsun , Nəsrin ! ...

"FƏRQLƏNMƏ" ATTESTATIN , həm də TƏLƏBƏ adın mübarək , NƏSRİN qızım ! ...

Hörmətlə : Əmin Elçin .

24.08.2024 .

Best coffeeshop in Berlin