Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-nun şəhid məzunu, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsi anılıb +FOTO=7

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi, BDU-nun Hüquq fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev AZAL-a məxsus təyyarənin faciəli qəzasının təkcə bir hadisə deyil, hər bir azərbaycanlını sarsıdan acı bir itki olduğunu deyib. O, BDU ailəsinin üzvü olan Hökumə Əliyevanın itkisinin ikiqat ağır olduğunu bildirib: “Hökumə Əliyeva Hüquq fakültəsinin məzunu və doktorantı kimi hüquqa sadəcə peşə kimi deyil, ədalətə xidmət vasitəsi kimi baxırdı. Elmi axtarışları, dissertasiya işi, müəllimlərinin və dostlarının xatirələrində qalan prinsipial mövqeyi bunu açıq şəkildə göstərir. Biz gələcəyin alimini, bacımızı, həmvətənimizi, həm də bir qəhrəmanımızı itirdik. Qəhrəmanlıq heç də həmişə silah götürüb vuruşmaq deyil. Təyyarə qəzası zamanı Hökumə Əliyevanın mərdliyi, cəsarəti, öz peşə borcunu məsuliyyətlə yerinə yetirməsi qəhərəmanlıq idi.  Bu çətin gündə Hökumə Əliyevanın ailəsinə dərin hüznlə başsağlığı verir, səbir və güc arzulayıram. O, daim BDU ailəsinin üzvü kimi qalacaq və qəlbimizdə yaşayacaq”.

Hökumə Əliyevanın atası Cəlil Əliyev qızının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə təşəkkür edib, onun çox sakit təbiətli, lakin dediyindən dönməyən bir övlad olduğunu bildirib. O, dövlətimiz və xalqımızın təyyarə qəzası qurbanlarının xatirəsini hər zaman əziz tutduqlarını vurğulayıb, gəncləri Hökumə Əliyeva kimi mərd, cəsur olmağa, Vətəni sevməyə səsləyib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev qeyd edib ki, Hökumə Əliyeva nizam-intizamlı tələbə və elmi işçi olub. 2008-ci ildə 612 balla Hüquq fakültəsinə daxil olan Hökumə Əliyeva daha sonra magistraturada “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə təhsil alıb: “Kriminalistika və məhkəmə ekspertizası kafedrasının doktorantı kimi dissertasiya işi isə “Mənzil dələduzluqlarının istintaqı metodikası” idi. Onun bu mövzu ilə bağlı elmi məqalələri çap olunurdu. Hökumə Əliyeva güclü müşahidə qabiliyyətinə malik peşəkar hüquqşünas idi. O, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirdi, qəza zamanı insanları sakitləşdirməklə, öz yerlərində düzgün oturmalarını tənzimləməklə təyyarənin taraz şəkildə qəza enişi etməsini təmin etdi, 29 nəfərin sağ qalmasına yardımçı oldu”.

Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, Hökumə Əliyevanın müəllimi Əsmər Əliyeva onunla bağlı xatirələrini bölüşüb, şəhid məzunumuzun xatirəsinin daim yaşayacağını bildirib. Hüquq fakültəsinin tələbəsi Pəri Əliyeva Hökumə Əliyeva kimi qəhrəmanların gənclərə örnək olduğunu bildirib.

Sonra təyyarə qəzasına həsr olunmuş “Səma qurbanları” filmi nümayiş olunub.

Sonda rektor Elçin Babayev Hökumə Əliyevanın BDU-da təhsil aldığı müddətdə ona məxsus olan sənədi şəhid məzunun valideyni Cəlil Əliyevə təqdim edib.

 

RUS:

В БГУ почтили память выпускницы-шехида, Национального героя Хёкумы Алиевой

В Бакинском государственном университете (БГУ) состоялась церемония, посвященная памяти бортпроводницы, выпускницы юридического факультета вуза, Национального героя  Азербайджана Хёкумы Алиевой, погибшей при крушении самолета авиакомпании «Азербайджанские авиалинии» при исполнении рейса Баку-Грозный 25 декабря прошлого года.

Ректор БГУ Эльчин Бабаев заявил, что трагическая авиакатастрофа – это не просто событие, а горькая потеря, потрясшая каждого гражданина страны. По словам ректора потеря Хёкумы Алиевой вдвойне тяжела:  «Будучи выпускницей и докторанткой юридического факультета, Хёкума Алиева рассматривала юриспруденцию не просто как профессию, а как средство служения справедливости. Ее научные исследования, диссертационная работа и принципиальная позиция, которая осталась в памяти ее преподавателей и друзей, ясно это демонстрируют. Мы потеряли будущего ученого, нашу сестру, нашу соотечественницу, а также героиню. Героизм — это не всегда борьба с оружием в руках. Мужество, храбрость и ответственное исполнение профессиональных обязанностей Хёкумой Алиевой во время авиакатастрофы — это героизм. Выражаю глубочайшие соболезнования семье Хёкумы Алиевой, желаю им терпения и сил. Она навсегда останется членом семьи БГУ и будет жить в наших сердцах».

Отец Хёкумы Алиевой Джалил Алиев поблагодарил за организацию мероприятия и сказал, что она была очень спокойной, но непоколебимой. Он подчеркнул, что государство и народ всегда будут хранить память о жертвах авиакатастрофы, и призвал молодежь быть такими же смелыми и мужественными, как Хёкума Алиева, и любить Родину.

Декан юридического факультета Заур Алиев отметил, что Хёкуме Алиева была дисциплинированной студенткой и исследователем. Хёкуме Алиева, поступившая на факультет в 2008 году с 612 баллами, защитила диссертацию на тему «Методика расследования жилищных мошенничеств». Публиковались ее научные статьи по этой теме. Хёкуме Алиева была профессиональным юристом с развитыми наблюдательными способностями. Она с достоинством исполнила свой долг, успокаивала людей во время аварии, обеспечила аварийную посадку самолета, чем способствовала выживанию 29 пассажиров».

На мероприятии также выступили заведующая кафедрой гражданского процессуального и коммерческого права, преподаватель Хёкумы Алиевой Эсмер Алиева и студентка Пери Алиева.

Затем был показан фильм «Жертвы неба», посвященный авиакатастрофе.

В заключение ректор Эльчин Бабаев передал Джалилу Алиеву документ, принадлежавший Хёкуме Алиевой в период ее учебы в БГУ.

Best coffeeshop in Berlin