BƏYBALA MİRZƏYEV:
Əlhəmdulillah, proses müsbət məcrada irəliləyir
Sərhəddə anbaan möhkəmlənirik. Laçın yolunda, Həkəri çayı üzərində quraşdırılan sərhəd-buraxılış məntəqəsi sürətlə işlək vəziyyətə gətirilir.
Belə ki, sözügedən nəzarət-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü artıq hazırdır. Və bu fotoşəkildən də gördüyünüz kimi sərhəddəki məntəqədə yoxlanışı həyata keçirəcək Azərbaycan gömrükçülər heyəti də artıq ərazidədir.
Əlbəttə, bütün bunlar ermənilərə yuxu kimi, film kimi görünür.
Çünki əvvəllər heç vaxt vərdiş etmədikləri proseslərlə, rastlaşmadıqları hadisələrlə üz-üzə qalıblar. Yer hər gün biraz daha artıq ayaqlarının altından qaçır.
Xüsusən də Xankəndidəki ermənilər böyük bir panikanın basqısı altında vurnuxmaqdadırlar.
Onların təfəkküründə tormozlanma gedir, son günlərdə yaşananları dərk və həzm etməyə təpərləri çatmır.
30 illik işğal dönəmində eyforiyaya qapılan və realliq hissini itirən ermənilər indi də bizim masadakı və sahədəki davamlı həmlələrimizdən başlarını itiriblər.
Bu saat erməni cəmiyyətində dərin bir məyusluq və çaşqınlıq, yanılma və perspektivsizlik hissi hökm sürür. Dərin ümid bəslədikləri beynəlxalq dəstək yetərli dərəcədə olmadı. Fransa başda olmaqla Qərb ermənilərin ümidlərini doğrultmadı.
Rusiyanın "beşinci kolon" kimi formalaşdırdığı revanşizmə can atan radikal-millətçi ermənilər də indi çarəsiz durumdadır. Çünki ağaları Rusiya onlardan əlini üzüb.
Bax belə.
Təxminən 100 illik millətçi-terrorçu-işğalçı hərəkatlardan sonra erməni toplumu təzədən 0 (sıfır) nöqtəsinə qayıtdı. Onlar son yüz il ərzində bizə qarşı davamlı soyqırımları törətməklə və torpaqlarımızı qəsb etməklə nələrə nail olmuşdularsa, indi demək olar ki, hamısını itirmək üzrədilər.
Başqa sözlə desək, bu son 100 il ərzində erməni toplumu faktiki olaraq "Sizif əməyi" ilə məşğul olub.
Erməni intellektualları bax bu həqiqəti erməni xalqına başa salmalı və onu yüz illik terrorçuluq, təxribatçılıq mərəzindən xilas etməyə çalışmalıdır. Əks təqdirdə, erməni xalqı səmərəsiz "Sizif əməyi" ilə aramsız şəkildə məşğul olmağına davam edəcək və bir gün də iflasa uğrayıb, tamamilə tarix səhnəsindən silinəcək.
P.S.
Bizə isə əsla dayanmaq olmaz. Çünki ilahi ədalətin zəfər çaldığı tarixi fürsətlə üzləşmişik. Biz bu fürsəti düzgün dəyərləndirməliyik. Rusiyanı da, Ermənistanı da 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməyə məcbur etməliyik. Getdikcə artan tələbkarlığımız müsbət effekt verəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.