BƏYBALA MİRZƏYEV:
3 may - Türkçülük Günüdür!
Bəs, bu bayram necə yaranıb?
Qısa tarixçəsi belədir: 1930/40-cı illərdə Türkiyədə kommunizm ideyaları sürətlə yayılırdı. Lakin Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük məsələsini qabardaraq, Türkiyədə sosializmın yayılması ehtimalını rədd etmiş, bunun əsla mümkün olmayacağını bildirmişdi.
Bundan ruhlanan milliyətçi şair və yazar Nihal Atsız Türkiyə Böyük Millət Məclisində "Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də, bir vicdan və kültür məsələsidir" deyən dövrün baş naziri Şükrü Saracoğluna xitabən bir açıq məktub yazmış və hökumətdə sosialist, kommunist əqidəli kadrların yer aldığını bildirmişdi.
Məktubda deyilirdi:
"Hörmətli Baş Nazir,
Siz həm Türkcü, həm də Baş Nazir olduğunuz üçün Sizə açIq məktub yazıram. Yalnız Baş Nazir olsaydınız bunları yazmaq əziyyətinə qatlanmazdım. Çünkü Türkçü olmayan bir Baş Nazirə xitab etmənin nə qədər boş olduğunu bilirəm. Yalnız bir Türkçü olsaydınlz yenə yazmağa lüzum görməzdim. Çünki, faydasız qalacağından sizdən daha köhnə Türkçülərlə yurdun dərdlərini hər zaman danışa bilərəm. Fəqət Türkçü olaraq idarə mexanizmasının başında olduğunuz üçün sizinlə danışmaqdan faydalar gələ biləcəyinə inanır, onun üçün sizə xitab edirəm.
Millət Məclisində, 5 avqust, 1942-ci il günü verdiyiniz nitqdə:"Biz Türkük, Türkçüyük və daima Türkçü qalacağıq. Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" demişdiniz. Türk tarixi ilə məşğul olmuş biri kimi deyə bilərəm ki, nə irqimizin, nə də dövlətimizin tarixində Türk millətçiliyi rəsmi bir ağızdan bu qədər dəqiq sözlərlə heç bir zaman deyilməmişdir. Bu sözlərin Türkçü çevrələrdə necə sevinclə qarşılandığını izah etməyə ehtiyyac yoxdur. Fəqət ardınca bir il yarım keçməsinə baxmayaraq, biz, bu Türkçülüyün işə keçmədiyini görməkdən doğan bir sıxıntı içindəyik. Fikirlər iş halına gəldiyi zaman mənalıdır. Buna ülkü (məqsəd) deyirik. İşə alınmayan fikirlər isə xam xəyaldan başqa bir şey deyildir. 70 ildən bəri işlənə-işlənə bu günki vəziyyətinə çatan, güclü Türkçülüyün artıq tətbiq sahəsində də özünü göstərməsi zamanı əlbəttə gəlmişdir".
N.Atsızın həmin məktubunda kommunist əqidəli şəxslər arasında Sədrəddin Cəlal Antel, Pertev Naili Boratav, Əhməd Cavad Əmrə və Səbahəddin Əli kimi şəxslərin adları qeyd olunmuşdu. Nihal Atsız bu şəxslərin məktəblərdə, mətbuatda marksist fəaliyyətlərdə olduqlarını və Milli Təhsil nazirinin bu kommunistləri qoruduğunu irəli sürərək dövrün Milli Təhsil naziri Həsən Əli Yücəli istefaya çağırdı.
Atsızın bu məktubu və çağırışı Türkiyədə böyük səs-küyə səbəb oldu. Təhsil naziri Həsən Əli Yücəl isə həmin kommunistləri işdən çıxarmaq əvəzinə, Atsızın özünü Boğaziçi Liseyindəki ədəbiyyat müəllimliyi işindən azad etdi.
Bunun ardınca isə Atsıza qarşı təqiblər başladı.
"İçimizdəki şeytan" əsərinin müəllifi Səbahəddin Əli kommunist dünyagörüşlü yazar idi və türkçülüyə, türkçülərə də dərin nifrət bəsləyirdi. Nihal Atsız isə onu baş nazirə yazdığı açıq məktubunda "vətən xaini" adlandırmışdı.
Nihal Atsızın bu məktubundan sonra Səbahəddin Əli onu irqçiliyi yayan, Türkçülük-Turançılığı təbliğ edən şəxs kimi məhkəməyə verdi. İlk məhkəmə prosesi sonralar Türkçülük Bayramı kimi qeyd olunacaq günə - 3 maya təsadüf etdi və Nihal Atsız mayın 9-da həbs olundu.
Bir il sonra, 3 may 1945-ci ildə Türk dünyasının böyük şəxsiyyətləri Nihal Atsız, Zəki Vəlidi Toqan, Nejdət Sancar və Reha Oğuz Türkqan başda olmaqla, 10 məhkum Topxana hərbi həbsxanasında ilk dəfə bu günü bayram günü kimi qeyd etdi.
1954-cü ildən etibarən isə Nihal Atsızın təşəbbüsü ilə hər ilin bu günü bütün ölkə çapında Türkçülük Günü kimi qeyd olunmağa başladı.
Sonralar Nihal Atsızın bu yolunu rəhmətlik Alparslan Türkeşin qurduğu Milliyyətçi Hərəkat Partiyası (MHP) davam etdirib. Və bu gün bu bayram təkcə Türkiyədə deyil, bütün dünya türkləri tərəfindən qeyd olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.