Şakir Eminbəyli:
İcra başçısının məhəlləmizə gəlişi "xoş sürpriz oldu" deyə bilərdim, amma...
Əslində vətəndaşlarla, sakinlərlə görüş formatı məhz belə olmalıdır.
Təmtəraqlı rəsmi zallar, toplantılar, öncədən hazırlanmış çıxışlar, gülünc təriflər, süni alqışlar dövrü keçmişdə qalmalıdır!
Yeni zaman yeni yanaşma tələb edir - vətəndaş məmurdan, səlahiyyət sahibindən qeyri-formal, normal, səmimi, sağlam insan münasibəti görmək istəyir!
Əslində örnək olaraq hər addımında ölkə başçısı bunu nümayiş etdirir axı!
Səbail Rayon İcra Hakimiyyəti Başçısı, artıq Dostum deyə biləcəyim Vuqar Zeynalovun bu gün məhəlləmizə gəlişi "xoş sürpriz oldu" deyə bilərdim, amma, bu bir az doğru olmazdı!
Çünki Səbail camaatı öz başçısını ən gözlənilməz yerdə görməyə bir növ adətkar olub.
Palçıqlı küçələrdən tutmuş, parklarda, məhəllə kafesində, çayxanada, veteranlarla domino oynayan yerdə də görsəz, təəccüblənməyə dəyməz.
Adam uzun illərdir bu formatdadır.
Tak çto bu dəfə biz tərəfdə görüşməyimiz təsadüfü olduğu qədər də, gözlənilən idi...
Əlqərəz, qonşularla birlikdə çay süfrəsi arxasında ürək dolusu söhbət elədik.
Dostum qardaşım, İcra Hakimiyyətinin birinci müavini Vugar əfəndi!
Mehriban və səmimi görüşün alınmasında sənə dərin təşəkkür düşür.
Davamı gəlsin
P.S. Pilləkən
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.