BƏYBALA MİRZƏYEV:
Vaşinqtonda görüş, Ağdamda isə təxribat...
Bu gün Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşün başladığı məqamlarda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ağdam rayonundakı mövqelərimiz atəşə tutulub və bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Bu təxribatın arxasında kim dayanır - Ermənistanmı, yoxsa Rusiya?
Olayın arxasında İrəvan dayanırsa, məqsəd Ermənistanın əlini gücləndirməkdir.
Vaşinqton görüşündə Azərbaycan tərəfinə maksimum təzyiq göstərilməsi planlaşdırılır. Biz bunu ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komissiyasında təşkil edilmiş “Dağlıq Qarabağ xalqının müdafiəsi” adlı son dinləmələrdən də gördük.
Məşhur ermənipərəst konqresmenlər Kris Smit, Ceyms Makqovern, Adam Şiff, Frank Pallone, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans və digərləri sözügedən dinləmələrdə Azərbaycana qarşı qaralama kampaniyası aparmaq üçün əllərindən gələni etdilər.
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Vaşinqtondakı görüşü ərəfəsində bu cür dinləmələrin keçirilməsi sözsüz ki, Azərbaycanın Qarabağ bölgəsindəki erməniləri açıq-aşkar separatçılığa təhrik etməyə hesablanmışdı.
Bu gün Ağdam istiqamətindəki mövqelərimizin atəşə tutulması da regionda süni gərginlik görüntüsünün yaradılmasına və bunun da məsuliyyətinin məhz Azərbaycanın üzərinə qoyulmasına hesablanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.