BƏYBALA MİRZƏYEV:
İslamın gerçək düşməni kimdir: yəhudilər, yoxsa xristianlar?
Dünən bütün dünya müsəlmanlarının müqəddəs Qurban bayramını qeyd etdikləri bir məqamda, İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb.
Fikir verdinizsə, bundan əvvəl Danimarkadan olan siyasətçi, ifrat sağçı “Sərt kurs” (Stram Kurs) partiyasının rəhbəri Rasmuss Paludan İsveçdə təşkil etdiyi aksiyalarda "Quran"ı yandırırdısa, budəfə isə inancsız bir "müsəlman"ı, manqurtu ortaya çıxarıb, məhz onun əli ilə müsəlmanların müqəddəs kitabını yandırırlar.
Aksiya paytaxt (Stokholm) polisinin icazəsi ilə həyata keçirilib.
Salvan Momika öncə "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra isə kitabı büsbütün yandırıb. Xristianların qucağına sığınan həmin iraqlı mühacir müsəlmanlara qıcıq vermək üçün əlavə olaraq İsveç himnini də oxuyub və bu ölkənin bayrağını dalğalandırıb.
Stokholm məscidi yaxınlığında baş tutan bu aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib. Onlardan bəziləri Salvan Mömikin bu hərəkətini qınayıblar. Lakin polis "Qurani-Kərim"in yandırılmasını əngəlləmək üçün heç bir səy göstərməyib.
Ən pisi də budur ki, İsveç rəsmiləri bu ölkədə müsəlmanların əsas kitabının yandırılmasını fikir və ifadə azadlığının təzahürü kimi təqdim edir və bildirirlər ki, “İsveçdə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Siz həmin fikirə necə yanaşmağınızdan asılı olmayaraq, ona qarşı zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik”.
Gördüyümüz kimi özünü bəşəriyyətin ən qabaqcıl, gəlişmiş hissəsi hesab edən xristian ölkələri (Fransa, İsveç, Almaniya, Danimarka, Avstriya, Norveç, Niderland və s.) sərsəm "fikir azadlığı"nın çətiri altında gizlənərək əslində super-demokratiya nümayiş etdirmirlər. Onlar bu ad altında əsl həqiqətdə İslam sivilizasiyasına qarşı düşmənçiliyi körükləyirlər.
Tarixən də həmişə belə olub. Son 1500 illik dönəmdə İslam dünyasına qarşı ən barışmaz düşmənçilik bir qayda olaraq həmişə məhz köhnə Avropadan - xristianlığın müasir beşiyindən qaynaqlanıb.
Biz müsəlmanlar səhv olaraq nədənsə, həmişə məhz yəhudiləri İslamın ən böyük düşməni hesab etmişik. Lakin əsl həqiqətdə isə məhz xristianlar həm yəhudilərə, həm də müsəlmanlara qarşı zaman-zaman dəhşətli vəhşiliklərə yol veriblər.
Yəhudiləri Avropadan qovanlar da, müsəlmanların İspaniyadakı izlərini kökündən silənlər də, İslam dünyasına ard-arda dağıdıcı "Səlib yürüşləri"ni (Fransa kralları və Roma Papası başda olmaqla xaçpərəstlərin müsəlman ölkələrinə qarşı işğalçı yürüşləri) təşkil edənlər də, Holokostu törədənlər də məhz xristianlar olub.
Və hətta müsəlmanlarla yəhudiləri bir-birinə düşmən etməyə çalışanlar da xristianlardır.
Tarixin ironiyasına baxın ki, "vandalizm" və "barbarlıq" kimi terminləri dünyanın siyasi gündəminə gətirən xristian-Avropa ölkələrinin elə özləri son bir neçə əsrdə misli görünməmiş dəhşətli vandalizm aktlarına, dünya müharibələri kimi, Əlcəzair soyqırımları kimi tükürpərdici barbarlıqlara yol veriblər.
Bütün bunları məntiqi ardıcıllıqla nəzərdən keçirəndə, Ermənistanın son 30 ildə Azərbaycan ərazilərində həyata keçirdiyi vandalizm hərəkətlərinin və azərbaycanlılara qarşı törətdiyi soyqırımların, terrorun haradan qaynaqlandığını müəyyən etmək, kökünü tapmaq elə də çətin olmur. Axı ermənilər də üzdə "sivil", "mədəni" görünən, lakin ruhunda isə dağıdıcı vəhşilik, vandallıq genlərini daşıyan xristian sivilizasiyasının bir parçasıdır. Ona görə də biz erməni vandalizminin, erməni vəhşiliyinin sərhədsizliyinə əsla təəccüblənməməliyik.
Ona görə də bu gün "Vandalizmin tarixi beşiyi haradır" sualı ilə qarşılaşanda, nəzərlərimiz istər-istəməz "sivil və mədəni" Avropaya yönəlir...
Bəli, Avropanın "sivil"liyi və "mədəni"liyi aldadıcıdır, dırnaqarasıdır.
P.S.
Müsəlmanlarla yəhudilərin tarixi dostluğunun ən yaxşı nümunəsini isə Azərbaycan uzun əsrlərdir ki, bütün dünyaya nümayiş etdirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.