Bəybala Mirzəyev:
Nədən narahatıq?
Nəhayət İsrail də səssizliyini pozdu, Fransadakı hadisələrin doğura biləcəyi mümkün fəsadlardan narahatlığını dilə gətirdi. Bəs, İsraili narahat edən nədir?
Məsələ burasındadır ki, hazırda Fransada sözün həqiqi mənasında ara qarışıb, məzhəb itib. İndi bu ölkədə heç kim heç kimin kitabını oxumur. Xüsusən də müsəlmanların həyatı üçün ciddi təhlükə var. Lakin yəhudilər də ciddi təşviş içindədir.
Çünki məhz belə kritik məqamlarda fransız hökuməti Fransa dövlətinə qarşı baş qaldıran müsəlmanların etiraz və qəzəb dalğasının istiqamətini qəsdən Fransada yaşayan yəhudilərin üzərinə yönəldir, müsəlman-yəhudi qarşıdurmasını süni surətdə körükləyir, antisemitizmin güclənməsinə şərait yaradır.
Və beləliklə də, bu məkrli taktikanın nəticəsində Fransa dövləti necə deyərlər, son nəticədə sudan quru çıxmağı bacarır. Bu taktika "parçala və hökm sür" taktikasıdır. Fransa hakimiyyəti bu cür iyrənc taktikanın sayəsində ildırım zərbəsindən yayınmağın, etirazçı kütlələrin qəzəbini başqa istiqamətə yönəltməyin ustasıdır.
Bu isə müsəlmanlar üçün də, yəhudilər üçün də acınacaqlı nəticələrə gətirib çıxarır.
İsrailin baş naziri Benyamin Netanyahu da məhz bu amili nəzərə alaraq Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhval-ruhiyyənin artmasından narahatlığını dilə gətirib və bildirib ki, “İsrail hökuməti Fransanı bürüyən antisemitizmin təzahürlərini və dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlərdə biz Fransada yəhudi hədəflərinə cinayətkar hücumların şahidi olduq. Biz bu hücumları qətiyyətlə pisləyirik”.
Doğrudan da ciddən narahat olmalı bir durumdur. Bu durum biz müsəlmanları da, yəhudiləri də haqlı olaraq narahat edir. Və bu durumun bütün məsuliyyəti məhz Fransa hökumətinin üzərinə, şəxsən prezident Makronun üzərinə düşür.
Çünki Makron ölkəsindəki real problemləri həll etmək, müsəlmanlara qarşı ədalətsizlikləri və diskriminasiyanı aradan qaldırmaq əvəzinə, qeyri-fransız icmaların (yəhudilər və müsəlmanların) arasında süni qarşıdurma yaratmaqla müvəqqəti "həll" yolları ilə kifayətlənməyə üstünlük verir. Bu da öz növbəsində problemlərin dondurulmasına, fransız cəmiyyətində ziddiyyətlərin və radikalizmin daha da dərinləşməsinə rəvac verir.
Bütün bunlar isə Makronu qətiyyən narahat etmir. Makron Fransanın problemlərini malalamağa, ört-basdır etməyə, saxta inkişaf və sabitlik görüntüsü yaratmağa vərdiş edib.
Lakin Fransa üzdə "G-7" ölkəsi, nüvə ölkəsi, BMT TŞ-nın üzv ölkəsi, Avropa İttifaqının sədr ölkəsi sayılsa da, lakin əsl həqiqətdə isə bu ölkə "üstü bəzək, altı təzək" bir ölkədir. Sadəcə olaraq iğtişaşlar davam etdikcə, indi Fransanın bütün paxırları yavaş-yavaş üzə çıxır.
P.S. Müsəlmanlar və yəhudilər Makron kimi liberal-faşistin oyunlarının alətinə çevrilməkdən özlərini qorumalı və həmrəylik nümayiş etdirməlidirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.