Azər Həsrət:
QHT-lərə də bir əl gəzdirmək lazımdır...
Dostlar, mediada yayımlaya bilərsiniz.
Siyasi şərhçi Azər Həsrət: QHT-lərə də bir əl gəzdirmək lazımdır. Necə ki, media, siyasi partiyalarla bağlı ələmə gerçəkləşdirilir, adı olub özü olmayan QHT-lərlə bağlı da bunu etməyə gərək var. İddialara görə, Azərbaycanda minlərlə QHT varmış. Amma iş görməyə gələndə nəinki 100-lərlə, heç 10-larla normal QHT tapmaq olmur. Üstəlik də bu QHT-lərin çoxu bir qayda olaraq ancaq qrant alandan alana gözə dəyir. O da alayarımçıq. Elə ki, qrant olmadı, bunlar da heç elə bil olmayıb. Belə ictimai fəaliyyət olmaz ki.
Çıxış yolunu da təklif edirəm. Sahəvi QHT-lərin birləşməsi işin xeyrinə olardı. Alayarımçıq, varlığı ilə yoxluğu bilinməyən QHT fəaliyyətindənsə eyni sahədə var olan QHT-lər birləşib daha effektiv bir qurum kimi fəaliyyət göstərə bilərlər. Belə olanda alacaqları qrantın da məbləğini artırmağa imkan yaranar. Misal üçün, QHT Agentliyi hər təşkilata 10 min manat ayıra bilir ki, daha çox QHT-ni əhatə etsin. İndi təsəvvür edək ki, QHT-lərin sayı 10 dəfə azalıb. Belə olanda Agentlik də artıq birləşmiş və güclü QHT-lərin hərəsinə 50-60 min manat və daha artıq məbləğdə pul ayıra biləcək. Bu isə nəticə etibarı ilə daha keyfiyyətli iş görməyə imkan verəcək. Yoxsa... Yoxsa hələ uzun illər QHT sektoru beləcə sürünəcək...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.