Bəybala Mirzəyev:
Fincanda fırtına...
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomat olmaqla bərabər, biraz şairliyi və filosofluğu da var. Adam hərdənbir ilk baxışdan bədii, lirik anlamlı paylaşım kimi görünən, ancaq əsl həqiqətdə isə subliminal ismarıc xarakterli, sirli, mübhəm, mücərrəd səpkili paylaşımlar etməyi də çox sevir.
Onun son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması və İranın Azərbaycanla sərhədə qoşun yığması barədə xəbərlərin yayılması fonunda özünün "X" (keçmiş Tvitter) hesabında "çay fincanında fırtına" başlığı ilə paylaşdığı foto-təsvir də öz-özlüyündə bir ismarıcdır.
İranlı səfir bununla kimə ismarıc göndərir, nəyi anlatmaq istəyir və yaxud, hansı ölkəyə hədə-qorxu gəlir?
Fars-molla rejiminə xidmət edən yerli İran KİV-i sözügedən paylaşımdakı təsvirin mənasını hər şeyin sonu kimi, artıq səbr kasasının daşması kimi qiymətləndirib.
Bəs, İranın səbrini daşıran kimdir: bizmi, yoxsa Ermənistanmı?
Məntiqlə baxsaq, fars-molla rejimi hirsini bizim yox, öz yaxın müttəfiqi sayılan Ermənistanın üzərinə tökməlidir. Çünki molla rejiminin cızdığı mifik “qırmızı xətt”i keçən, İranın düşməni olan ABŞ-ın hərbi qüvvələrini bölgədə birgə hərbi təlimə cəlb edən tərəf məhz Ermənistandır. Lakin mollalar Ermənistanı bu hərəkətinə görə qınamaq əvəzinə, əcaib şəkildə susurlar.
İran prezidenti İbrahim Rəisinin Nikol Paşinyan ilə telefon danışığı zamanı ABŞ-Ermənistan birgə hərbi təliminə görə ona yüngülvari xəbərdarlıq etməsi də əslində gözə qum atmaqdan başqa bir şey deyil.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani də susur. Ona qalsa, Tehranın səbr kasasının daşması ilə bağlı paylaşımları məhz Sübhani etməli, Ermənistanın davakar hakimiyyətinə açıq və ya sətiraltı ismarıcları o göndərməliydi. Lakin Sübhani susur, Seyid Abbas Musəvi paylaşım edir.
P.S. Yeri gəlmişkən, farslar və ermənilər fincanda, nəlbəkidə fırtına yaratmağı çox sevirlər. Əsl fırtına yaratmaq isə onların başı üçün deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.