Rasim Mədəd:
"...o vaxtdan Paşinyandan zəng gözləyirəm..."
Bir dostum status yazmışdı ki, "Paşinyan hara gəldi, kimə gəldi telefon edir, tanımadığınız nömrədən zəng gəlsə, bilin ki, odur..."
Elə o vaxtdan Paşinyandan zəng gözləyirəm. Deyirəm, zəng edə dişimin dibindən çıxanı ona deyəm. Deyəm ki, ə, sən nə abırsız, mənəviyyatsız, riyakar, simasız, axmaq adamsan. (Yox e, bunlar erməniyə deyiləcək ən mədəni sözlərdi). Bəsdi də bu camaatı bezdirdin. Deyəm ki, ə, səni üç il əvvəl "iti qovan kimi qovduq"... İndi ay şərəfsiz, özünü guya ağıllı sayırsan, itin boğazına partlayıcı bağlayıb göndərirsən üstümüzə? Axı, yazıq heyvanın günahı nədir ki, onu da bu məsələyə qatırsan, sui-qəsdə məcbur edirsən? Əgər, o partlayıcını it qədər dəyəri olmayan Vardanyanın boğazına bağlayıb göndərsəydin, deyərdim ki, bu başqa məsələ...
Elə bu vaxt telefonuma zəng gəldi, nömrəni tanımadım. Telefonu qulağıma yaxınlaşdıran kimi xəttin o başından bir adam qışqıra-qışqıra:
– Mənə deyirsən, mənə deyirsən?..
Adam səhv düşdüyünü hiss edən kimi: "Bağışlayın, səhv düşmüşəm!" – deyib telefonu qapatdı.
Düüd... düüd... düüd...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.