Müşfiq Ələsgərli:
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş
Qarabağda yaşayan erməni əsilli sakinlər adından danışıqlar aparmaq üçün müəyyənləşdirilmiş şəxslər Azərbaycan polisinin müşayiəti ilə Yevlax şəhərinə gətiriliblər. Xankəndidən gələn nümayəndə heyəti ilə Yevlax rayon icra hakimiyyətində keçiriləcək görüşdə Azərbaycan Konstitusiyasına uyğun şərtlər altında reinteqrasiya məsələləri müzakirə ediləcək. İctimai TV-nin məlumatına əsasən, görüşə gələnlərdən biri qondarma Qarabağ parlamentinin üzvü David Melkumyandır. Ermənistan mediası isə yazır ki, nümayəndə heyətinə qondarma rejimin "dövlət naziri" Artur Arutyunyan rəhbərlik edir.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq həyata keçirilən lokal antiterror tədbirlərinin nəticəsi olaraq Xankəndində məskunlaşmış separatçı rejim sentyabrın 20-də təslim olub. Razılaşmaya görə, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.