Osman Gündüz:
Kommunikasiya dərhal Azərbaycan hökumətinin nəzarətinə keçməlidir
Ləngimək heç bir halda doğru olmazdı.
Kommunikasiya dərhal Azərbaycan hökumətinin nəzarətinə keçməlidir.
Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyıb.
Prezident ötən günkü çıxışında Ermənistanın son günlərdəki addımlarını gələcək sülh müqaviləsi üçün məqbul dəyərləndirib.
Belə olan halda Ermənistanın +374 beynəlxalq kodu ilə bizim ərazimizdə uzun illər qanunsuz fəaliyyət göstərən Karabakh Telecom mobil operatorun bundan sonrakı fəaliyyəti doğru və məntiqli deyil.
Hazırda bölgənin bütün informasiya seli Ermənistanın beynəlxalq kodu altında işləyən Karabakh Telekom vasitəsilə, həm də Ermənistan üzərindəndir.
Magistral rabitə xətləri Ermənistana məxsusdur.
Düşünürəm ki, bunlar indiki anda artıq yolverilməzdir.
Hətta, düşünürəm ki, ola bilər ki, bu operatorun sahibləri avadanlıqları və baza standiyalarını, data mərkəzləri söküb Ermənistana aparmaq, Ruslara satmaq da istəyəcəklər.
İndi belə fikirlər sosial mediada gözə dəyir ki, bölgədə olan qanunsuz silahlar Ermənistana deyil, ruslara təhvil verilir.
Buna yol vermək olmaz.
Hansı ki, fikrimcə əksinə olmalıdır, 20 il qanunsuz biznes quranlar bizə kompensasiya ödəməlidirlər.
Əgər kimlərsə Karabakh Telecom infrastrukturunu, avadanlıqları, baza stansiyalarını, data mərkəzləri söküb rusların köməyi ilə Ermənistana daşısalar bunun məsuliyyəti kimin üzərindədir ?
Uzun illər orada toplanan nəhəng data -nın taleyi necə olacaq, Ermənistana, yoxsa ruslaramı veriləcək?
Ümid edirəm, RİNN, DİN, DTX, Baş prokurorluq bunların fərqindədir.
Bir anlıq, bir xeyli öncə Türkiyə və Rusiyanın Litvada həyata keçirdikləri ByLock-la bağlı "server-data" əməliyyatını xatırladım.
O zaman birgə əməliyyatla, Türkiyədə çevriliş edənlərin istifadə etdikləri ByLock messencerin Litvada yerləşən Data Mərkəzinə desant çıxarmaqla , istifadəçilərin bütün datasını ələ keçirib Türkiyəyə gətirmişdilər.
Litva hökuməti o zaman bu datanı Türkiyəyə vermək istəmirdi.
Yəni, lazım olanda, beynəlxalq hüquqa tüpürmək də olur.
Bilmirəm, nədən xatırladım bunu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.