Osman Gündüz:
17 ildən sonra ilk dəfə Rəqabət Məcəlləsi yenidən gündəmə gələcək
Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə Rəqabət Məcəlləsinin ictimai müzakirəsi təşkil olunacaq.
Xatırladıram ki, ilk dəfə 2006-cı ildə belə bir Məcəllə Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş, lakin uzun illər cəhdlər olsa da onu qəbul etmək mümkün olmayıb.
Antiinhisar Dövlət Xidməti son zamanlar bir neçə dəfə bu istiqamətdə ciddi işlərin aparıldığını, yeni layihənin hazırlandığını açıqlamışdı.
Görünür ki, bu Dövlət Xidməti uzun illər gözlənilən layihəni nəhayət ki, yenidən müzakirəyə təqdim olunacaq səviyyəyə gətirib.
Rəqabət Məcəlləsinin layihəsi 11 sentyabrda Parlamentin rəsmi saytında yerləşdirilib.
Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunların və digər sənədlərin əsasında hazırlanıb.
Ümid edək bu dəfə Rəqabət Məcəlləsi yenidən dondurulmayacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.