Kərim Kərimli:
Ölən öldü, çıxıb gedən getdi, qalanlar da qalıb Azərbaycan hökumətinin rəhbərliyi altında işləyəcək
... Helikopter Xocalı hava limanında yerə endi. Hamı bir-bir çantasını, peşə ləvazimatını götürüb pilləkənə tərəf getdi...
Mən ayağa qalxmayıb axıra qaldım.
Hamı düşəndən sonra qalxıb yüngül çantamı çiynimə atıb pilləkənə yaxınlaşdım.
Mən yerə atılanda dəstənin əvvəli helikopterin pərlərinin əhatə dairəsindən xeyli aralanmışdı. Ətrafa boylandım üstündə asfalt və beton olmayan bir torpaq zolağı tapdım: Xocalı torpağından bir şıvırım.
Yaxınlaşıb çantamı yerə qoydum. Dizi üstə torpağa düşdüm, - indi - üstündən 25 il keçəndən və xüsusilə də Xocalının özü də işğaldan azad olunandan sonra rahatlıqla deyə bilərəm, - torpağı öpdüm. Gözlərimdən damcıların öpdüyüm torpağa töküldüyünü hiss etdim...
Qalxdım, özümü sahama salıb, çantamı götürüb qıvraq dəstənin dalınca getdim.
Yaxınlaşanda gördüm ki, çıxışın yaxınlığında sarı saçı qısa kəsilmiş, əndamlı bir qadın dayanıb. Helikopterdən düşən adamlar, o cümlədən, azərbaycanlı jurnalistlər də, bir-bir ona yaxınlaşdıqca, o, əlini irəli uzadır, gələnlərin əlini sıxıb, gülə-gülə nə isə deyir.
Addımlarımı yavaşıdıb qabaqdakıların irəliləməsini gözlədim. Həm, dediyim kimi, axıra qalmışdım, həm də qadının kimliyi və heç də hamısı qonaq olmayan qonaqlara nə dediyi mənə maraqlı idi.
Mən yaxınlaşanda qadın bayaqdan mən baxmağa başlayandan bəri ilk dəfə bir neçə addım irəli gəldi. Yenə də əlini irəli uzatdı və gülə-gülə dedi:
- Janna Krikorova, - начальник Управления информации и печати Нагорно-Карабахской Республики.
Artıq əlimə aldığım əlini sıxıb:
- Очень приятно, - deyə mən də gülümsədim, - вы скоро будете работать под руководством господина Сируса Тебризли.
Əlini dartıb əlimdən çıxartmaq istədi, buraxmadım, naəlac qalıb elə əli əlimdə qızğın ifadə ilə:
- Никогда! - dedi. - Я скорее умру, или же уеду отсюда, нежели работать под его начальством.
- У вас всего три пути, - dedim. - Или будете работать, или умрёте, или же уедете. Выбирайте сами, - əlini buraxdım.
Yerində 180 dərəcə dönüb sürətlə məndən uzaqlaşaraq əsas dəstəyə tərəf getdi.
Düzdür, çox çəkdi, amma yenə də mən deyən kimi oldu: ölən öldü, çıxıb gedən getdi (hələ də davam edir), qalanlar da qalıb Azərbaycan hökumətinin rəhbərliyi altında işləyəcək.
Hə, Azərbaycan dövlət orqanları bir əlavə etdi: Bakıya da gələnlər oldu və olacaq. Bu da dördüncü yoldur.)))
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.