Faiq İsmayılov:
Qarabağ Arxiyepiskopu Parqev Martirosyan, müharibə cinayəti törədən canidir
Qarabağda yaşayan erməni din xadimləri separatçı-terrorçu təşkilatların üzvləridirlər. Erməni din xadimlərinin bu fəaliyyətini sübut edən kifayət qədər faktlar, sübutlar var. Erməniləri xristian dünyasının bir parçası hesab edən və erməniləri bu baxımdan müdafiə etdiklərini əsaslandırmağa çalışan Fransa senatının nümayəndələri və hakim dairələri anlamalıdırlar ki, erməni qriqoryan dininin müddəaları, müasir xristianlığın ideya və prinsipləri ilə ziddiyyət təşkil edir.
Xristian dini insanlara dostluq, qardaşlıq, mərhəmət və iman təbliğ edirsə, erməni Qriqoryan dinində bu tələblər fahişəlik və terrorçuluğa çağrışları ilə əvəzlənir. Bütün bunlara inanmaq üçün tarixə qısa bir səyahət kifayət edir.
Qədim zamanlarda dünyada kiçik qruplarla pərakəndə şəkildə səyyari həyat tərzi keçirən ermənilər, sonralar yaratdıqları erməni-qriqoryan dini məbədlərində gənc qızların fahişəliyə verilməsi və bu fahişələrdən gələcəkdə erməni siyasətinin həyata keçirilməsində eləcədə digər xalqların və millətlərin fiziki cəhətdən erməniləşdirilməsi işlərində istifadə edilməsi həyata keçirilməyə baladı. Erməni-qriqoryan dininin yaradıcıları fahişəliyi dinin həyat tərzinə çevirdilər.
Bu barədə görkəmli alim Strabon öz əsərlərində Anait məbədinə erməni qul və kənizlərinin fahişəliyə verilməsi adəti haqqında məlumat verirdi. O, xalqın hətta ən varlılarının belə öz qızlarını nikaha verməzdən əvvəl uzun müddət müqəddəs fahişəlik peşəsi ilə məşğul olmaq üçün məbədlərə verilməsi adətlərini təsvir edirdi. Strabonun bu fikrlərini erməni alimi A.Perixanyan da öz növbəsində təsdiq edərək yazır ki, o zamankı «məbəd fahişəliyi – əyanlardan tutmuş qullaradək cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir mərasim qaydası idi».
Erməni ekspert Harutyun Mnatsaqanyanın dediyinə görə, Ermənistanın sahib olduğu nəsil fahişələrdən törəyib. Ermənilərin “millət” kimi formalaşması fahişə tanrıça Anaitin məbədindən başlayıb. Anais məbədində erməni qızlar bura gələn əcnəbi kişilərə “xidmət” göstərirdilər. Bu ermənilərin hibrit olmasına dəlalət edir. Ermənilərin fahişələrdən törəməsi barədə, Pyer Düfur və erməni tarixçisi Georq Qoyanın əsərlərində də geniş məlumatlar yer alıb.
Terrorçuluq isə həm ermənilərə gəlir mənbəyi (müxtəlif təşkilatların və şəxslərin sifarişlərini yerinə yetirməklə əldə etdikləri gəlirlər) və həm də ərazi qazandırmaqda kömək edir. Çar Rusiyası XVII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazda öz imperiya siyasətlərinin həyata keçirilməsində istifadə etmək üçün erməniləri Azərbaycan ərazilərində məskunlaşdırdılar. Bundan sonra ermənilər daha böyük ərazilər əldə etmək üçün separatizm və terror fəaliyyətləri ilə xalqlar arasında ədavəti qızışdırıb düşmənçiliyi genişləndirməyə başladılar.
Xalqlar arasında düşmənçiliyin və ədavətin qızışdırılmasında erməni keşişlərinin çox böyük rolu var. Hətta Ermənistanın baş yepiskopu olmuş birinci Qareginin və eləcədə II Qareginin bütün çıxışlarının məğzi türklərə qarşı düşmənçiliyə çağrışlar təşkil edir. Birinci Qarabağ müharibəsindən öncə I Qaregin Azərbaycanın bir parçası olan Qarabağ regionunu işğal etmək üçün bütün dünya ermənilərinə müraciətlər edir azərbaycanlılara mərhəmət göstərmədən onları məhv edib torpaqları ələ keçirməyə təhrik edirdi.
I Qaregin din xadimlərini terror qruplarına göndərib, döyüşçüləri cinayətlərə ruhlandırmağa, terror qrupları tərkibində döyüşüb nümunə göstərməyə təhrik edirdi.
Dünyada elə bir xalq yoxdur ki, onun din xadimləri, erməni din xadimləri kimi qəddar insanlığa yaraşmayan cinayət fəaliyyəti ilə məşğul olsunlar. Ermənilərin iddialarının əksinə olaraq 1989-cu ilə qədər Qarabağda erməni dini icması olmamışdır. Sovet imperiyası dövrü ateist təbliğatı SSRİ-də heç bir dinin təbliğ olunmasına icazə vermirdi.
1987-ci ilin sonlarından etibarən Ermənistanın Hökumət rəhbərləri, Erməni Qriqoryan Kilsəsinin rəhbəri I Qareginin xeyir-duası ilə açıq şəkildə Azərbaycanın Qarabağ regionuna ərazi iddiaları ilə çıxış etməyə başladılar. I Qarigen 1989-cu ildə SovİKP MK-ın baş katibi M Qorbaçovun göstərişi ilə Parqev Martirosyanı — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ üzrə arxiyepiskopu təyin etdi.
Parqev Martirosyan 1954-cü ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindən olub. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçmüşdür. 1976-cı ildə İrəvan Dövlət Dillər Universitetini bitirən Parqev təyinatla Armavir mərzinə bağlı və əsasən yezidi kürdlərin yaşadığı Qamışlı kəndinə rus dili müəllimi kimi çalışmışdır.
Daha sonra Sovet ordusuna xidmətə yollanmış və tərxis olduqdan sonra 2 il müddətində Ermənistan Sənaye Nazirliyində çalışmışdır. Parqev 1980-ci ildə din xadimi olmağa qərar vermiş və bu səbəbdən Eçmiədzin şəhərində yerləşən Qevorkiyan adına teologiya məktəbinə daxil olmuşdur. 1983-cü ildə həmin seminariyadan diakon rütbəsi əldə edir.
O, 1984-cü ildə Qevorkiyan Teologiya Seminariyasını bitirərək Sankt-Peterburq Teologiya Akademiyasına yollanır və oranı da 1986-cı ildə bitirir. 1985-ci ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib kimi qəbul olunmuş və Parqev adı almışdır. Bir müddət Müqəddəs Ripsime kilsəsində baş rahib kimi çalışmış, 1988-ci ilin noyabr ayında Erməni Qriqoryan Kilsəsinin rəhbəri I Vazgen tərəfindən yepiskop rütbəsi verilməklə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən etibarən o Qarabağda terror qruplarında döyüşçü kimi də tanınmışdır. 1999-cu ildə I Qaregin tərəfindən Arxiyepiskop ali-dini rütbəsi verilən Parqev Martirosyan terror dəstələrində döyüşçü kimi məhşurlaşmağa başlamışdı.
1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan sonra Ermənistan, Azərbaycanın beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra Azərbaycana qarşı hərbi əməliyyatlar, hücumlar, təxribatlar, terrorlar daha da intensiv xarakter aldı.
Parqev Martirosyan, Qarabağ münaqişəsi başlayandan sonra Qarabağda başlanan terror hadisələrinin ilhamverici qüvvəsinə çevrildi. O, eyni zamanda erməni terror qruplarında döyüşmək üçün, dföyüşçülər yetişdirilən xüsusi hərbi bazalarda təlimlərdə müəllim kimi aktiv iştirak edirdi. Parqev Martirosyan, 1992-ci ilin 8 may tarixində bir döyüşçü kimi Şuşanın işğalı zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirdiyi, onun döyüş yoldaşlarının xatirəsindən silinmir. Dostları onu qəhrəman döyüşçü kimi xatırlayırlar.
Şuşa şəhərinin işğal əməliyyatı başlamamışdan əvvəl Arxiyepiskop döyüşçülərə xeyir-dua verərək, döyüşlər başlayanda onların önündə gedəcəyinə söz verirdi. Şuşa şəhəri işğal olunduqdan sonra isə əsgərlərlə birlikdə Qazançı rus Provaslav kilsəsinə daxil olaraq oranı özünün iqamətgahı elan etmiş və Şuşa işğaldan azad edilənə qədər Qazançı kilsəsində döyüşlər zamanı öldürülmüş erməni əsgərlər üçün dua oxumuşdur. Əli yüzlərlə azərbaycanlının qanına batmış Qarabağ Arxiyepiskopu Parqev Martirosyan 1992-2020-ci illərdə Qarabağda azərbaycanlılara qarşı törədilən cinayətlərin bir çoxunun iştirakçısı və ilhamverici qüvvəsi olub. Qarabağ regionu işğaldan azad ediləndə, qarışıqlıqdan istifadə edən törətdiyi cinayətlərdən qorxan Parqev Martirosyan İrəvana qaçmağı bacarıb.
1992-ci ildə Azərbaycana qarşı ərazi iddiaları zəminində Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı, erməni qriqoryan dininə xidmət edən din xadimlərini cinayətkara çevirdi. və təxribatların başında erməni terrorçuları ilə bərabər din xadimləri də mühüm yer tuturdular.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.