Bəybala Mirzəyev:
Zavallı yəhudilər, yazıq ərəblər və düzəlmədən pozulan Türkiyə-İsrail münasibətləri...
“Mavi Mərmərə” faciəsindən illər sonra Türkiyə-İsrail münasibətləri yenicə istiləşməyə, düzəlməyə başlamışdı. Diplomatik və siyasi əlaqələr yavaş-yavaş bərpa olunmaqdaydı.
Lakin olmadı. Alınmadı. Qoymadılar. Türkiyə ilə İsrailin arasının düzəlməsinə, yaxşılaşmasına imkan vermədilər. HƏMAS-ın 7 oktyabrdakı qanlı hücumu sanki Türkiyə-İsrail münasibətlərini terror etmək, bombalamaq üçün nəzərdə tutulubmuş.
Bəli, biriləri məhz HƏMAS-ın əli ilə Türkiyə-İsrail münasibətlərini yenidən “baltaladı”. Bu iki ölkənin düşmən olmasını istəyən qüvvələr haradasa arzularına çatmış kimi görünürlər.
İllər öncə (2010-cu ildə) “Mavi Mərmərə” faciəsi də məhz Fələstinə görə baş vermişdi. Məhz Fələstinə görə həmin vaxt Türkiyə özünün ən yaxın müttəfiqlərindən biri olan İsrail ilə qarşı-qarşıya gəlməli olmuşdu.
Budəfə də məhz Fələstin yenə də baiskar rolunda, HƏMAS katalizator (araqarışdıran) rolunda çıxış etdi. Və budur, İsrail Türkiyədəki diplomatlarını geri çağırır.
Səbəb olaraq isə bildirilir ki, İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.
İsrailin xarici işlər naziri Eli Koen də bu faktı təsdiqləyərək deyib ki, “Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”.
Bax belə. Türkiyə-İsrail münasibətləri yenidən qırılma nöqtəsi həddinə çatıb. Necə deyərlər, birilərinin istəkləri baş tutdu. Ancaq belə olmamalıydı. Çünki İsrail ilə sıx əməkdaşlıq münasibətləri tarixin hazırkı kritik dönəmində Türkiyə üçün çox vacib idi.
Hərçənd ki, Fələstin də Türkiyə üçün vazkeçilməzdir. Çünki Türkiyənin Fələstin üzərində tarixi haqqı, mənəvi-siyasi haqqı var. Bu gün Ərdoğan Fələstin xalqını sadəcə ərəb olduğuna görə, müsəlman olduğuna görə dəstəkləmir.
Ərdoğanın İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid etməsinə və fələstinliləri, HƏMAS-ı dəstəkləməsinə onun dinçi, ərəbpərəst olmasının əlaməti kimi baxılmamalıdır. Rəsmi Ankaranın mövqeyinə bu qədər bəsit düşüncə ilə yanaşılmamalıdır.
Məsələ qlobal geosiyasi rəqabət məsələsidir. İsrail-Fələstin savaşı artıq çoxdan iki qohum etnosun – yəhudilərin və ərəblərin məhəlli çəkişmələri çərçivəsindən kənara çıxıb. İndi onların heç birinin bu savaşı bitirmək səlahiyyəti yoxdur. Yəhudilər də, ərəblər də sanki böyük bir “tələ”yə düşüblər.
Bu “tələ”ni quranlar və qırmaq istəyənlər indi qarşı-qarşıya gəlməkdədirlər. “Tələ”ni quranlar anqlo-sakslardır. “Tələ”ni qırmaq, 75 illik oyunu pozmaq istəyənlərdən biri isə Türkiyədir. Lakin Türkiyənin bu qlobal oyunu pozmaq üçün gücü yetərli deyil.
Türkiyə istəyir ki, yəhudilər və ərəblər (fələstinlilər) “iki xalq üçün - iki dövlət” prinsipindən çıxış edərək sülhə gəlsinlər, dinc yanaşı yaşamağa başlasınlar. Lakin ABŞ-dan tutmuş Fransaya, Kanadaya qədər bir çox ölkələr isə prosesləri körükləmək, İsraili qızışdırmaq yolunu tutublar. Onlar Beniamin Netanyahunu gün-gündən daha da radikallaşdırmağa, aqressivləşdirməyə çalışırlar. Zatən Netanyahu özü də aqressivliyə meylli personadır.
Lənətə gəlmiş lord Balfurun qanlı qələmi ilə bir əsrə yaxındır ki, təməli qoyulmuş yəhudi-ərəb toqquşmaları bu gün də İsraildə və Qəzzada dinc insanların qanının axıdılması ilə davam edir.
Yəhudilərin və ərəblərin insanca yaşamaq haqqı qlobal siyasi “julik”lər, geosiyasi dələduzlar, transmilli yırtıcılar tərəfindən qəsb edilir. Və məhz onların məkrli hiyləsi üzündən bu gün dünya ictimaiyyəti (o cümlədən Azərbaycan ictimaiyyəti də) iki düşərgəyə bölünüb – bir hissəsi İsraili, digər hissəsi isə fələstinliləri, Qəzzada bombardmanlara məruz qalanları müdafiə edir. Bu da qlobal “julik”lərə imkan verir ki, bu qanlı konflikti ürəkləri istədiyi qədər uzatsınlar.
Yəhudilərin və ərəblərin tökülən qanları “julik”lər üçün biznes mənbəyidir, qlobal hesablaşma vasitəsidir. Zavallı yəhudilər və yazıq ərəblər birilərinin əlində sadəcə “qurbanlıq quzu”ya çevriliblər.
Ardı var...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.