Bakıda kartinq mərkəzində ölümcül qəza baş verib
Yanvarın 1-də saat 18:30-da Səbail rayonunda, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Bakı Şəhər Kartinq Mərkəzində faciəvi ölümcül qəza baş verib.
Yarışda iştirak edən azyaşlı digər kartinqçi ilə toqquşub. Yeniyetmə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Səbail Rayon Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb və araşdırma aparılır.


