Qulu Məhərrəmli:
Sosial şəbəkələrdə söyüş niyə artıb?
Media məkanında və sosial şəbəkələrdə söyüş, təhqir, ədəbsizlik, kin-küdurət, qisasçılıq niyə artıb? Bu hal cəmiyyətimizi hara aparır? “Mətbuat klubu” verilişində bu barədə danışmışıq. Vaxt sərf edib baxmağa dəyər…
* * *
Hüseyn Həsənli
Sosial şəbəkələrə söyüşü, təhqiri, ədəbsizliyi, kin- küdrəti, şantajı, hakimiyət gətirdi, çox təssüf edirəm. İnsanların siyasi baxışına görə onu ailəsinə təziq edib, ailə dəyərlərini ayaqlar altına atan da bu hakimiyət oldu. İnsanları aparıb ağlr formada təhqir edib, ağır söyüşləri söyən də bu hakimiyət oldu. İnsanlar ona görə qisas hissi ilə yaşayır. ((((
Qezenfer Sadiqov
Qulu müəllim, o verilişdə söyüşü Azərbaycan siyasətinə hakimiyyətin gətirdiyini söyləyən biri oldumu? Bir vaxtlar ölkə efirində Əli Kərimli haqda təhqiramiz verilişlər veriləndə sizlərdən biri cəsarət edib Əli Kərimlinin müdafiəsinə qalxmışmıdır? Yəqin ki, yox. Onda, cmiyyətdə söyüş virusunun yayıla- yayıla getməsinin səbəbkarı sizlərsiz. Qüsura baxmayın.
Sudhəllac Səbuhi
Azərbaycanda heç vaxt bu günkü qədər hakimiyyətdəkiləri söyməyiblər. Bunun səbəbi yenə özləridir. Bir adamın yarasına azacıq toxunanda acıdan ağlıyırsan. Bu hakimiyyət vəkilləri efirə çıxıb, sosial şəbəkələrdə adamların yarasına duz basırlar. Sonrada xalq bunları söyür deyirlər?Bildiyimiz qədər tv lər dövlətin xalq üçün etdiyini reklam edərlər.Bizdə tv lər xalqı hakimiyyət necə sıxır,necə kreditdə batırdığını təbliğ edir.Və millətin günahkar olduğunu deyir.Qardaş ! xalqı dinləyin bir dənə qərarı onların xeyrinə verin, sizi bir nəfər söysə mən bu ölkəni tərk edib gedərəm. Verdiyiniz qərarlar xalqı məhv edir niyə maraqlanmırsınız? Şər, böhtan, həbslər hədələr sonrada niyə söyülüruk deyirsiniz? Niyə indi xalqı düşmən kimi görürlər? Hansı güzəşt edirlər xalqa? Niyə söyülməsinlər ki?
Səttar Qüdrətoğlu
Bunun ən əsas səbəbi cəmiyyətdə hökm sürən misli görünməmiş, həddi-hüdudu olmayan haqsızlıq və ədalətsizlikdir!
Baş verənlər insanların çarəsizlikdən doğan aqressiyasıdır!
Və təbii ki, onilliklərlə telekanalizasiyaların milli-mənəvi dəyərlərimizi ayaqlar altına atan, primitiv, bayağı, məişət səviyyəsində aparılan söhbətlər, uğursuz ailə talelərinin "salnaməsi", əsl sənət və mədəniyyətdən anlayışı olmayanların dəbdəbəli həyat tərzinin təbliği, toyxana psixologiyası, gənclərimizin zövqlərinin xaincəsinə zorlanması, maddiyyatın mənəviyyatı küncə sıxışdırılıb utanc hala salması da öz "bəhrəsini" verməkdədir!
Təhsildə korrupsiya hallarının geniş vüsət alması hər hansı bilikdən, savaddan, əxlaqdan, tərbiyədən, mərifətdən danışmağa yer qoymur!..
Resul Aqshin
Guya bulmirsiz niyə?! Nədən?! İctumai xadimləri yaltaq, yandaş, susqun olan ölkə belə olur.
Esmira Ələkbərli
Gürcüstandan salam olsun,hər kəsə!
Sizə böyük hörmətim var,Qulu müəllim
Uşaqlıqda eşitdiyim bir reportajınız heç yadımdan çıxmır.
-Bir zamanlar bu şəhərin ən böyük biznesmeni sən idin,Tumsatan kişi!
Hər cümləniz qızıl,zinnət kimi saxlaya bilsək....
Nizami Əsgərov
Təssüf,
Söyüş,təhqir müxalifətin yatağını Lider TV də göstərən , üzdən iraqları Əli Kərimli evinin qarşısına yığıb piketi keçirən ,onlara böyük meydan verən YAP hakimiyyəti oldu.
Aygün Muradxanlı
Belə vacib müzakirəyə YouTube-un dar imkanları ilə cəmi 680 nəfər baxıbsa, savad, ədəb yoxsulları ənənəvi efirlərdə at oynadırsa, sözün bitdiyi yerə gəlmişik, Hocam( Gerçəkdənmi vətəndaşa ən çatımlı efirləri hər kəsi təngə gətirən eybəcərliklərdən qurtarmaq çətindir? Bu qədər də olmaz…
Velili Beytulla
Xalq özünə nəinki millət vəkili heç bələdiyyə də seçə bilmirsə, deməli Azərbaycanda KANİSTUTSİYA və QANUNLAR MIRTA QƏBUL EDİLİB,bundan sonra ölkədə baş verən heç nəyə təcüblənmək lazım deyil
İlqar Hüseynov
Azərbaycan cəmiyyəti pərdəarxası, yəni hərə öz dairəsində söyüş söyür, bu gün isə sosial şəbəkələrdə və ilk öncə də tv- lərdə daha geniş vüsət alıb, səbəbləri təbii ki, hamıya məlumdur. Sadəcə söyüş kampaniyasına son vermək üçün ilk növbədə A, sonra Z qrupu dayanmalıdır.
Natiq Aliyev
Medianın bir sahəsi , əsas silahı da televiziyadır . Məgər bunu aidiyyatı qurumlar görmürıər .İllərdir bu xalqım əsas hissəsi Azərbatcan televiziyasına baxmır . Bunu adi insanlarda , ziyalılarda hətta parlamentdə oturanlar deyir. Görünür hər əməl tapşırıq yuxarıdan gəlir . İnsanları aldaymayın bu işlərin başında duranlar susmaqla canlatını qurtarırlar . Düşünmürük ki hər şeyi itirə itirə gedirik . itiritik .
Kamil Ənnağıyev
1. Stress
2. Müasir dövrə köhnə adət ənənələrlə davam edirik nişan, cehiz, toy = stress
3. Kreditlər = stress.
4. Tıxaclar = tıxaclar
5. Köhnə vs Yeni nəsil düşünce fərqlilikləri = əsl konflikt
Siyahını davam etmek olar, mən belə mecbur qalıb söyüşlə danışıram bəzi yaşlı nəslin nümayəndələri ilə başa düşmürlər dirəyirlər öz düşüncələrini belə şeylər cinayətə qədər gedir
Füzuli Qəhrəmanlı
Cəsarət göstərib, mənbəyini göstərmədən bu mərəzi sağaltmaq mümkün deyil. Bu iyrəncliyi dövlət siyasətinə, ölkənin sosial həyatına mövcud hakimiyyət gətirib və zaman-zaman təşviq eləyib. Dəyişən tək şey o olub ki, yaratdıqları bu eybəcərlik bumeranq effektinə çevrilib, özlərini vurur. Güman etmək çətin deyil ki, nə qədər ki, bu tayfa hakimiyyətdədi, belə neqativlər davam eləyəcək.
Anar Musayev
Hamısın eliyən trollardır. Trolların maaşın kəsib uşag pulu vermək lazımdır.
Həyasız abırsız adamları maliyəşdirmək vəziyəti daha da eybəcər hala gətirib.
Ənvər Haqverdiyev
Qulu Məhərrəmli əfsanədir. Uşaqlığım onun moderator olduğu debatları izləməklə keçib desəm yanılmaram.
Fuad Jalilov
Bunu indi yox, cinsi azlıqları Əli Kərimlinin evinin qarşısına yığanda, Əli Kərimliyə hakimiyyət mətbuatı gey deyəndə düşünmək lazım idi.
Bunu deyim ki, Əli Kərimli tərəfdarı deyiləm, əksinədie.
Amma ədalət hər halında ədalətdir
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
https://youtu.be/Jr7fs-JUem4

