Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukraynada sülhməramlılar olacaq

Ukrayna, Fransa və Böyük Britaniya çoxmillətli qüvvələrin gələcəkdə Ukraynada yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı Paris Bəyannaməsinin "könüllülər koalisiyası"nın iclasında qəbul edildiyini açıqlayıb.

"Atəşkəsdən sonra havada və yerdə çoxmillətli qüvvələrin təməlini qoyacağıq. Onlar cəbhə xəttindən çox geridə yerləşdiriləcəklər", - Makron deyib.

O, bunun Ukraynanın təslim olmağa məcbur edilməyəcəyinə və gələcəkdə əldə ediləcək hər hansı bir sülh müqaviləsinin pozulmayacağına zəmanət verdiyini vurğuladı.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer bildirib ki, Ukraynada atəşkəsdən sonra Böyük Britaniya və Fransa orada hərbi bazalar qurmağı planlaşdırır.

"Və buna görə də deyə bilərəm ki, atəşkəsdən sonra Böyük Britaniya və Fransa bütün Ukrayna ərazisində hərbi mərkəzlər yaradacaq", - deyə Britaniyanın Baş naziri bildirib.

Best coffeeshop in Berlin