Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lala Kramarenko 2026-cı il üçün Rusiya milli komandasına daxil edilməyib

2024-cü il Rusiya bədii gimnastika çempionu və üçqat gənclər arasında dünya çempionu, Azərbaycan əsilli Lala Kramarenko 2026-cı il üçün Rusiya milli komandasına daxil edilməyib.

2025-ci ilin əvvəlində Kramarenkonun məşqçisi İrina Viner Kramarenkonun 2024-cü ildə uğursuz diz əməliyyatı keçirdiyini iddia etsə də, bu, sonradan təkzib edilib. 2025-ci ilin noyabr ayında idmançının özü karyerasına davam etdiyini açıqlayıb.

Xatırladaq ki, Lala Kramarenko 2014-cü ilə qədər Azərbaycanı təmsil edib, daha sonra Moskvaya köçüb və Rusiya milli komandasında yarışmağa başlayıb. Atası Dmitri Kramarenko Azərbaycan milli futbol komandasının keçmiş qapıçısıdır, əkiz bacısı Diana isə tennis oynayır.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111