Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

General 

Olmadın bir kərə öz əsgərinə sərt, General!

Oxuyur hamı sənin ruhuna rəhmət, General!

 

Yetirib ərsəyə zillətlə, əziyyətlə səni,

Bu mələk üzlü Anan olmadı rahət, General!

 

Qəhrəmanlıqla, rəşadətlə şəhadət yolunu

Sən halal zəhmət ilə eyləmisən qət, General!

 

Qanı qanımdan olan qıymaz igid övladına,

Hansı düşmən balası etdi xəyanət, General!

 

Sən ləyaqətdə də düşmənlərini üstələdin,

Sübut etdin ki, paqonlarda deyil şərt, General!

 

Sənin isminlə cihad etdi igid əsgərimiz,

Nələrə qadir imiş səndəki qeyrət, General!

 

İntiqamsız, bilirəm, qalmayacaq yerdə qanın!

Qələbə marşı çalar bir gün ədalət, General!

 

Bu Məhəmməd də yolun gözləyir o şad xəbərin,

O zaman rahət olar ruhunuz, əlbət, General!

Məmməd Əvəzoğlu.02.01.2026.

Best coffeeshop in Berlin