Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Faciənin foto yaddaşı” sərgisi açılıb +FOTO=18

Milli Azərbaycan Tarixi Muzeyində  təşkil olunan “Faciənin foto yaddaşı” adlı sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin hərbi-siyasi rəhbərliyinin əmri ilə sovet qoşunları hissələrinin Bakıda dinc əhaliyə qarşı xüsusi amansızlıqla törətdiyi qanlı cinayəti əks etdirən fotolar,sənədlər,nəşrlər nümayiş olunur.
Sərgi xalqımızın qəhrəmanlıq səlnaməsi ,milli məfkurəmizin oyanışı sovet imperiyasının əsarətində yaşayan xalqların azadlıq səsini ucaltdığı öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faiciələrin real görüntüsünü nümayiş etdirmək məqsədilə reallaşdırılır.
Qeyd edək ki,sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Best coffeeshop in Berlin