Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" UEFA Çempionlar Liqasında "Ayntraxt" klubunu qəbul edəcək

Yanvarın 20-də UEFA Çempionlar Liqasınin əsas mərhələsində startı verilən 7-ci turun oyunları ilə Avropada futbol həyəcanı yenidən başlayır. Azərbaycan çempionu "Qarabağ" klubunun da mübarizə apardığı bu turnirdə hesabat turunun ilk günü 9 oyun keçilməsi nəzərdə tutulub.

Həmin oyunlarda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Kayrat" - "Brugge";

"Bude-Qlimt" - "Mançester Siti";

"Kopenhagen" - "Napoli";

"Real" - "Monako";

'Sportinq" - "PSJ";

"Vilyarreal " - "Ayaks ";

"Olimpiakos " - "Bayer ";

"Tottenhem " " Borussiya " (D);

"İnter " - "Arsenal.

Yanvarın 21-də isə daha 9 oyun keçiriləcək. Bizlər üçün maraqlı oyunlardan birində Azərbaycan çempionu "Qarabağ" klubu evdə Almaniyanın "Ayntraxt" (Frankfurt -na-Mayne) klubunu qəbul edəcək. Oyun saat 20:45-də Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq. Xatırladaq ki, geridə qalan 6 turdan sonra "Qarabağ " 7 xalla 36 komanda arasında 23-cü, rəqib isə 4 xalla 30-cu pillədə qərarlaşıb. Bir məqamı da qeyd edək ki, çempionumuz bu klubla 2023-cu ildə Avropa Liqasında iki dəfə qarşılaşıb. Səfərdə 2:1 hesabla uduzan çempionumuz evdə isə 0:2 hesabla məğlub olub.

Yanvarın 21-də hesabat turu çərçivəsində keçiriləcək digər oyunlarda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Qalatasaray" - "Atletiko';

"Slaviya" - "Barselona ';

"Atalanta" - "Atletik";

"Yuventus" - "Benfika";

"Çelsi" - "PAFOS";

"Nyukasl" - "PSB";

"Bavariya" - "Yunion";

"Marsel" - "Liverpul".

İlk 7 turdan sonra Top-10-da aşağıdakı klublar yer alıb:

1. Arsenal - 18 xal, 2. Bavariya - 15 xal, 3. PSJ - 13 xal, 4. Mançester Siti - 13 xal, 5. Atalanta - 13 xal, 6. İnter - 12 xal, 7. Real (M) - 12 xal, 8. Atletiko - 12 xal, 9. Liverpul - 12 xal, 10. Borussiya (D) - 11 xal. 

Hazırda turnirin bombardirləri siyahısına 9(3) qolla  Madrid "Real"nın fransalı forvardi Kilian Mbappe liderlik edir. İkinci sırada isə 6 qolla Erlinq Halann (Mançester Siti) yer alıb.

Qeyd: Əsas mərhələyə 8-ci turlar yekun vurulacaq. Turnir cədvəlində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finalda  oynamaq hüququ qazanacaq. 9-24-cü yerlərin sahibləri isə pley-offdan keçəcəklər. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin